Əsas Səhifə > Cəmiyyət > RÜŞVƏT ALAN DYP İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

RÜŞVƏT ALAN DYP İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB


17-01-2012, 19:02
RÜŞVƏT ALAN DYP İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

İŞİ BAŞ PROKURORLUQ ARAŞDIRIR

Rüşvət aldığı üçün işdən qovulan Dövlət Yol Polisi əməkdaşları ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları – Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Geri qayıt