Əsas Səhifə > Güney Press / Manşet > MƏMURLARIN TİKİNTİ MAXİNASİYALARI
MƏMURLARIN TİKİNTİ MAXİNASİYALARI17-01-2012, 17:54 |
![]() ŞİRKƏTLƏRİN FIRILDAQLARINI YÜKSƏK MƏMURLAR HİMAYƏ EDİR “Gen” və “Kamran” tikinti şirkətlərinin aldadılmış əmanətçiləri yanvarın 18-də saat 11.00-da Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər. Bu barədə bu gün Media Mərkəzdə keçirilən mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, aldadılmış vətəndaşların dövlət başçısına, ombudsmana, Baş Prokuroluğa çoxsaylı müraciətlərinə baxmayaraq, onların problemi bu günə qədər həll olunmayıb. Baş Prokurorluq önündə keçirilən etiraz aksiyasından sonra fırıldaqçılıq və xidməti vəzifədən sui-istifadə haqqında cinayət işi açılıb. İşi Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparır. Bu şirkətlərin məsul şəxsləri saxlanılıb. Lakin vətəndaşların pulları hələ də qaytarılmayıb, eyni zamanda, onlar mənzillə də təmin olunmayıblar. “Bu tikinti qurumları öz-özünə yaranmayıb, onların himayəçiləri var və çox güman ki, bu, yüksək vəzifəli məmurlardır”, deyə Ələkbər Məmmədov bildirib. Dövlət bu fırıldaqçılığa görə məsuliyyət daşımalıdır, belə ki, bu şirkətlərin dövlət qeydiyyatı var idi, dövlət reyestrinə daxil edilmişdilər, onlara tikinti üçün torpaq sahəsi ayrılmışdı və s.”, deyə hüquq müdafiəçisi bildirib. Amma ən maraqlısı budur ki, bu şirkətlər əvvəlcədən satılmış mənzilləri təkrarən başqalarına satmaqda davam edirlər. Eyni zamanda, dövlətə məxsus ATV telekanalında bu kimi tikinti şirkətlərinin güclü reklamı gedir, deyə o qeyd edib. Hüquq müdafiəçisi həmçinin bildirib ki, tikinti zamanı pul yığımı lazımi şəkildə bank vasitəsilə deyil, şirkətin müvəkkili vasitəsilə nağd ödəmə yolu ilə həyata keçirilir. Bu, vergilərin gizlədilməsi deməkdir, lakin tikinti şirkətlərinə qarşı belə ittiham irəli sürülməyib. Mənzil alqısı isə notarial təsdiqi olmayan müqavilələr əsasında həyata keçirilib. Tikinti biznesi hiylələrində “ilk qaranquş” 2006-cı ildə “Gen” şirkəti oldu. Şirkət aldatdığı müştərilərdən təxminən səkkiz milyon manat toplaya bildi. Bu gün bu şirkətin 310 aldadılmış müştərisi öz hüquqları uğrunda mübarizəni davam etdirir. İş üzrə şirkətin direktoru Elbrus Əliyev və daha 9 əməkdaşı həbsdədir. “Kamran” tikinti şirkətinin fırıldaqları 2011-ci ildə baş tutub, bu şirkət aldadılmış müştərilərdən 5 mln. manat toplamağa müvəffəq olub. Hüquqları uğrunda mübarizə aparan müştərilərin sayı 100-ə yaxındır. Bu günə mövcud olan müştərilərini aldadan demək olar ki, bütün tikinti şirkətləri “Şərurlu İsfəndiyar” kimi tanınan sahibkar İsfəndiyar Axundova məxsusdur, deyə Ələkbər Məmmədov bildirib. Geri qayıt |