Əsas Səhifə > Şou-biznes > RƏQQASƏLƏR DƏ SEMKİYƏ CƏLB OLUNUB

RƏQQASƏLƏR DƏ SEMKİYƏ CƏLB OLUNUB


25-09-2013, 11:41
RƏQQASƏLƏR DƏ SEMKİYƏ CƏLB OLUNUB
Rəqqasə Fatimə Fatəliyeva və rəqqas İlham Kərimli 9 oktyabr Prezident Seçkiləri ərəfəsində Fizuli rayonunda təşkil olunan dövlət tədbirində iştirak ediblər.

Bu haqda Axşam.az saytına Fatimə məlumat verib.

Sənətçi hər zaman dövlət tədbirlərində iştirak etməkdən məmnun olduğunu deyib:
“Prezident Seçkiləri ərəfəsində Azərbaycanın bir çox bölgələrində keçirilən tədbirlərdə iştirak etdik. Onlardan biri də Fizuli rayonu oldu.

Bir sənət adamı kimi öz öhdəmə düşəni hər zaman etməyə hazıram. Daha bir neçə rayonda keçiriləcək dövlət tədbirlərində çıxış edəcəm.

Oktyabrın 2-də Sabirabadda baş tutan tədbirdə səhnəyə çıxacam”.

Geri qayıt