Əsas Səhifə > Ölkə > FƏRHAD ƏLİYEVİN MƏSƏLƏSİ AŞ PA-DA MÜZAKİRƏ OLUNACAQ

FƏRHAD ƏLİYEVİN MƏSƏLƏSİ AŞ PA-DA MÜZAKİRƏ OLUNACAQ


17-01-2012, 15:36
FƏRHAD ƏLİYEVİN MƏSƏLƏSİ AŞ PA-DA MÜZAKİRƏ OLUNACAQ

HAKİMİYYƏT ÜÇÜN DAHA BİR SINAQ MEYDANI

Xəbər verildiyi kimi, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitəsinin iclasının gündəliyinə Azərbaycandakı siyasi məhbuslar məsələsi də əlavə olunub.

Adıçəkilən komitənin iclasında məruzəçi qismində iştirak edəcək “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev AŞ PA-nın sessiyası çərçivəsində yanvarın 27-də Avropa Şurası Nazirlər Komitəsinin 10 səfiri ilə görüşəcək. Bu barədə “Yeni Müsavat”a E.Fətullayev məlumat verdi. Onun sözlərinə görə, görüş təşəbbüsü ilə səfirlərin özləri çıxış ediblər.

Hüquq müdafiəçisinin səfirlərlə görüşündə hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” şirkətinin sabiq prezidenti Rafiq Əliyevin həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi tərəfindən çıxarılan və Azərbaycan hakimiyyəti tərəfindən bu günə qədər icra edilməyən qərarların vəziyyəti müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliklərə rəğmən Avropa Məhkəməsinin Əliyev qardaşları ilə bağlı çıxardığı qərarları icra etməkdən imtina edir. İstisna deyil ki, Avropa Şurası Nazirlər Komitəsinin yazda keçiriləcək iclasında bu məsələ gündəliyə çıxarılsın.

musavat


Geri qayıt