Əsas Səhifə > Partiya > “TAKSİ ƏMƏLİYYATI” KİMLƏRƏ LAZIMDIR?
“TAKSİ ƏMƏLİYYATI” KİMLƏRƏ LAZIMDIR?17-01-2012, 15:03 |
AXCP DƏ TAKSİ SÜRÜCÜLƏRINƏ QAHMAR ÇIXDI Ölkədə nəqliyyat “siyasəti” hələ bizə kiçik tutumlu avtobusların nisbətən böyük tutumlu avtobuslarla əvəzlənməsi zamanı müşahidə edilmişdir. Nəqliyyat Nazirliyinə həm büdcə xərclərinin bölüşdürülməsi zamanı,həmdə xarici kreditlər hesabına həyata keçirdiyi layihələrin məbləği əvvəlki illərdə 100 milyonlarla ölçülürdüsə, indi bu rəqəm milyardlarla ölçülür. 2012-ci ilin büdcə xərcləmələrində investisiya xərcləri 7,5 milyard manat müəyyənləşdirildiyi halda, bunun 2 milyard manatı nəqliyyat sistemindəki layihələrə sərf olunacaq. İli-ildən artan bu xərclər sonda bu sistemi daha da əlçatmaz etməklə bərabər, bu sektorda həmdə keyfiyyətsiz xidməti daha artırır, həmdə böyük korrupsiya mənbəyinə çevririr. «Taksı əməliyyatı»nın arxasında da bu biznesin məlum ailəyə və ona yaxın çevrəyə rəsmiləşdirilməsi üçün həyata keçirilir. Bu maraq davası gündəlik yaşayışı taksi xidmətindən asılı olan işsiz müəllimlərin, həkimlərin əllərindən bu imkanlar da alınacaq. Bu isə işsizlər ordusunun daha da artmasına və ölkədə sosial gərginliyin daha fərqli fazaya daxil olmasını şərtləndirəcək. Ölkədə şəxsi avtomobili ilə 10 mindən çox taksi xidməti göstərən vətəndaşlarımızın kopudcasına hüquqlarının tapdalanmasını AXCP sərt formada pisləyir, bunu “Evrovision” yarışması zamanı Bakının müasir görünməsi xatirinə dekorativ dəyişiklik kimi qiymətləndirir. AXCP hüquqları kopudcasına tapdanan vətəndaşlarımızın yanında olacaq və onların sosial hüquqlarının qorunması üçün təsirli tədbirlərin görünməsi üçün dəstək kompaniyasına başlayacaq. AXCP olaraq bu sosial qrupun hüquqlarının belə kobud formada tapdanmasını qətiyyətlə pisləyirik. Geri qayıt |