Əsas Səhifə > Siyasət, Manşet > ZAKİR FƏRƏCOVUN İŞÇİSİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILIR

ZAKİR FƏRƏCOVUN İŞÇİSİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILIR


23-09-2013, 09:33
ZAKİR FƏRƏCOVUN İŞÇİSİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILIR
ABŞERONUN İCRA BAŞÇISININ KÜRSÜSÜNÜ LAXLADAN İLGİNC QƏRAR VERİLDİ

DİA.AZ: - Xatırladaq ki, bu günlərdə Abşeron rayon icra hakimiyyətinin icra başçısı barəsində şok faktları açıqlayan sözügedan rayonun sakini İlahə Alıyeva konkret sübutlar gətirərək icra başçısı Zakir Fərəcova və onun işçisi Eldəniz Səfərova qarşı ağır ittihamlar irəli sürmüşdü.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, artıq hüquq-mühafizə orqanları Zakir Fərəcovun işçisi barəsində cinayət işi açıblar. Məlumatı verən mötəbər mənbə iddia edir ki, hələlik bu barədə rəsmi məlumatlar yayılmayıb və yaxın günlərdə, hətta oli bilsin ki, Zakir Fərəcovun işçisinin qolları belə qandallasın.

Qeyd edək ki, İlahə Alıyevə Zakir Frəcəovu və onun işçisini fırıldaq yolu ilə külli miqdarda pulunu mənimsəməkdə və həmçinin saxta diploma alverində ittiham edir. Bunu sübutlayan Abşeron rayon sakini hətta redaksiyamıza səs yazılarını da təqdim edib ki, həmin səs qeydlərinin stenoqramını bu günlərdə diqqətinizə çatdırmışıq.

Hər halda, belə bir hüquqi tədbirin görülməsi Zakir Fərəcovun da hələlik əzəmətli görünən mövqeləri üçün ciddi zərbəyə çevrilə bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin…

Geri qayıt