Əsas Səhifə > Partiya > "BU, ONLARIN SİYASİ ACİZLİYİNİN ƏLAMƏTİDİR"
"BU, ONLARIN SİYASİ ACİZLİYİNİN ƏLAMƏTİDİR"17-01-2012, 12:53 |
YAP-DAN HAKER HÜCUMLARINA DƏYƏRLƏNDİRMƏ Azərbaycanda bir sıra dövlət qurumlarının saytına haker hücumu kimi təxribatı törədənlər siyasi müstəvidə mübarizə aparmaq iqtidarında olmayanlardır. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. "Bu, haker hücumu təşkil edən şəxslərin siyasi acizliyinin əlamətidir", - deputat bildirib. Qurbanlı qeyd edib ki, bu, siyasi baxımdan hər hansı məsələni həll edə bilməyən dairələrin virtual məkana hücumla özünü sakitləşdirmək cəhdidir. Onun sözlərinə görə, bəzi dairələr elmi-texniki tərəqqinin yüksək səviyyədə inkişafından istifadə edərək öz məqsədlərinə çatmaq istəyirlər. "Haker hücumuna məruz qalan tək Azərbaycanın virtual məkanı deyil. Bu cür hücumlara dünyanın ən inkişaf etmiş ölkələrinin hökumət strukturları, nazirlikləri və sair də məruz qalır. Dünən Yeni Azərbaycan Partiyasının rəsmi saytına da hücumlar edilmişdi və biz onu artıq aradan qaldırmışıq", - Qurbanlı deyib. Millət vəkili bildirib ki, Azərbaycanda elektron müdafiə sistemləri yaradılıb və virtual məkana istənilən hücumun qarşısını almaq üçün təbdirlər görülüb və görülməsi davam etdiriləcək. "Bu cür təxribatlar hər zaman ola bilər, lakin bununla Azərbaycana kimsə hər hansı bir ziyan vura bilməz", - o vurğulayıb. Dünən bir sıra dövlət qurumlarının, həmçinin nüfuzlu təşkilatların saytları haker hücumuna məruz qalıb. Geri qayıt |