Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVDƏN HAKER AÇIQLAMASI

RƏSUL QULİYEVDƏN HAKER AÇIQLAMASI


17-01-2012, 12:26
RƏSUL QULİYEVDƏN HAKER AÇIQLAMASI

“HAKKERLƏR İRANLA ƏLAQƏLİ OLA BİLƏR”

“2011-ci ildə baş vermiş hadisələr İranın beynəlxalq vəziyyətini xeyli gərginləşdirib. Yəni İranın ABŞ-ı istəməyən və qismən narazı olan Latın Amerikası ölkələri ilə - Venesuela, Nikaraqua, Boliviya və Braziliya ilə anti-Amerika planı baş tutmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycanın eks-spikeri Rəsul Quliyev rasulguliyev.wordpress.com bloqunda Azərbaycan saytlarına hakker hücumlaına münasibət bildirərkən yazıb: “Misirdə başlayan hadisələrdə Mübarəkin əleyhinə çıxıb müsəlman qardaşları dəstəkləməsi də Türkiyənin ağıllı siyasəti nəticəsində boşa çıxdı. Müsəlman qardaşları İrana yox, Türkiyəyə daha yaxındır. Tezliklə Bəşər Əsəd rejiminin süqutu faktiki olaraq İranı embarqo tətbiq etməmişdən tam izolyasiyaya salır. İranın nüvə silahı ətrafında praqmatik Çinlə, aqressiv Rusiyanın ABŞ-la arasını vurmaq cəhdi də boşa çıxdı. İran rejimini məhv edəcək embarqodan xilas olmaq üçün qərbin tələblərini yerinə yetirəcək. Yerinə yetirməsə, İrana avia zərbənin vurulması çox çəkməz, məsələn martın axırına qədər bu iş həll olunacaq. Praqmatik Çin bu məsələyə qarışmağı özünə layiq bilmir, Rusiyanın isə söz aqresivliyini real köməyə keçirmək şansı sıfırdır. İranın başı bu gün bu işlə qarışıqdır, bu dəqiqə Azərbaycanın mövcudluğu belə yadından çıxıb. Ona görə o hakkerlər İranla əlaqədar ola bilər, ancaq İran hökuməti ilə 100 faiz əlaqəli deyil”.


Geri qayıt