Əsas Səhifə > Siyasət, Manşet > SAHİBKARLARDAN İCRA BAŞÇISINA AĞIR İTTİHAMLAR

SAHİBKARLARDAN İCRA BAŞÇISINA AĞIR İTTİHAMLAR


20-09-2013, 11:32
SAHİBKARLARDAN İCRA BAŞÇISINA AĞIR İTTİHAMLAR
«HEÇ OLMASA, ƏLİ ABDULLAYEVİN AİLƏSİNƏ TƏZMİNAT ÖDƏNMƏLİDİR Kİ»…

DİA.AZ: - Məlum olduğu kimi, dünən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin qərb bölgəsi üzrə müşaviri, partiya Ali Məclisinin üzvü Əli Abdullayev dünyasının dəyişib. Xatırladaq ki, Əli Abdullayevi oxucularımız əvvəldən də tanıyır. Çünki keçən il Əli Abdullayev üç mərtəbəli obyektinin qanunsuz olaraq sökülməsi və bunun müqabilində heç bir təzminat almaması səbəbindən şikayətçi düşmüşdü.

Gədəbəy rayonunun icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun göstərişi ilə mərhum Əli Abdullayevə aid obyekt yerlə-yeksan olunsa da, onun qarşılığının ödənməməsi faktı zamanında yetərincə işıqlandırıldı. Amma əbəs imiş. Və bunun bədəli Əli Abdullayevə həyatı bahasına başa gəldi. Hər halda, keçirdiyi stress, yaşadığı gərginlik onun ölümünü daha da sürətləndirmiş oldu.

Bununla bağlı DİA.AZ-a müraciət edən Gədəbəy sakinləri bildirir ki, bu gün rayonda əksər sahibkarlar Ramiz Yediyarovun eyni qaydada zülmünə şahidlik etməkdədir: «Əli Abdullayev dünyasını dəyişdi. Allah rəhmət eləsin. Bəs bizim taleyimiz nə olacaq? Dövlət təcili surətdə Gədəbəydəki məmur özbaşınalıqlarına müdaxilə edib, prosesi durdurmalıdır. Əks halda, vəziyyət daha da acınacaqlı ola bilər.

Əlinin qanı Ramiz Yediyarovun üzərindədir. Bu məsələni də araşdırıb, heç olmasa onun ailəsinə gərəkən təzminatı ödəməlidirlər ki, heç olmasa həm mərhumun ruhu şad olsun, həm də gədəbəylilərin ürəyi toxdasın».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt