Əsas Səhifə > Gündəm, Manşet > “AZƏRİQAZ”DA ŞOK KORRUPSİYA FAKTLARI AÇIQLANDI
“AZƏRİQAZ”DA ŞOK KORRUPSİYA FAKTLARI AÇIQLANDI20-09-2013, 09:31 |
SURAXANI SAKİNLƏRİNİN QAZ MƏSƏLƏSİ BAYTARA TAPŞIRİLANDA BELƏ OLUR DİA.AZ: - Redaksiyamıza “Azəriqaz”da baş verən korrupsiya hallarını özündə əks etdirən şikayət məktubu daxil olub. DİA.AZ-a ünvanlanan həmin məktubu diqqətinizə çatdırmaq qərarını verdik: “Dövlət başçısının korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul etdiyi Dövlət proqramları kifayət edir ki, bu sosial bəlaya qarşı effektif nəticələrin əldə edilməsi üçün yerli məmurlar sadəcə iradə nümayiş etdirsinlər. Təəssüflər olsun ki, hərdən real həyatda bunun əksi ilə rastlaşırıq. Məsələn, “Azəriqaz” ASC-də son illər ciddi qanun pozuntuları ilə müşayət edilən, dövlət vəsaitini mənimsənilmə faktları ölkənin aparıcı KİV-nin az qala manşet mövzularına çevrilmişdir. ARDNŞ-nin bu strukturunda uzun müddət iş təcrübəsinə malik peşəkarların bu sahədən anlayışı olmayan diletantlarla əvəzlənməsi vəziyyəti daha da ağırlaşdırmışdır. “Azəriqaz” ASC-ti, Suaraxanı Qaz İstismar İdarəsində baş verən korrupsiya hüquqpozmaları sonda dövlətin və cəmiyyətin zərər görməsilə nəticələnir. Əvvəlcə qeyd edək ki, bu idarənin rəisi hörmətli Hacı Şahbazov ixtisasca baytardır. FAKT 1: Suraxanı Qİİ-si tərəfindən 2012-ci ilin əvvəlindən Yeni Suaraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sağ tərəfindəki yeni yaşayış massivi sakinlərinin təbii qaza olan ehtiyaclarının ödənməsi üçün uzunluğu 2000 metr olan Mərkəzi küçəsi və hər birinin uzunluğu 250 metr olan 19 məhəllədaxili yollarında yerləşən fərdi mənzillərə 100 mm diametrli dəmir borularla qaz xəttləri çəkilmiş və istismara verilmişdir. Məsələ burasındadır ki, görülməsi nəzərdə tutulan işin həcmi 60000 manatdan yuxarı olduqda qanunamüvafiq olaraq tender elan olunur və qalib firma sifarişi yerinə yetirməyə başlayır. “İcraçı” və “sifarişçi” təşkilatlar arasında bağlanmış müqavilənin olmasına heç kimin şübhəsi olmaya bilər. Lakin reallıqda vəziyyət tamam başqa olmuşdur. Etibarlı mənbə təsdiq edir ki, qaz təchizatı ilə bağlı olan belə işlərin icrası zamanı çəkilən hər 1 metr (boru xətti üzrə) məsafə üçün dövlət büdcəsindən zəhməthaqqı olaraq 10 manat pul ödənilir. Dəmir boruların, lazım olan aksessuarların bazar qiymətinə alınması üçün də ayrıca smeta tutulur. Belə olan halda, Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu təxminən 9000 metr olan yeni qaz xəttinin çəkilişi üçün təkcə bir epizod üzrə 90000 manat pul kağız üzərində adı olan və tenderdə “qalib” elan olunmuş, əslində uydurma firmanın hesabına yatırılır. Əslində isə həmin qəsəbədə yaşayanların gözləri qarşısında, (eləcə də bu sətirlərin müəllifinin də) üzərində Suraxanı Qİİ yazılmış xidməti yük avtomobilləri ilə işin görülməsi üçün sahəyə gətirilən idarənin səfərbər olunan bütün texniki işçiləri və fəhlələridirlər. Hansılar ki, ştat üzrə bu adamlara onsuz da əməkhaqqı yazılır. Şişirdilimiş qiymətə alınan dəmir boruların çox hissəsinin isə iş yekunlaşdıqdan sonra naməlum istiqamətdə daşınması da yalnız istintaq araşdırması nəticəsində məlum ola bilər. Bir sözlə, Suraxanı rayon Qİİ-si rəhbərliyi öz işçilərini uydurma firmanın işçiləri əvəzinə qul kimi istismar etməklə külli-miqdarda dövlət vəsaitini mənimsəyirlər. Bu hal korrupsiyanın ən dəhşətli formasıdır. FAKT 2: Abonentlərə yeni tipli smart-sayğacların quraşdırılması zamanı da montaj üçün tələb olunan bütün detallar vətəndaşın şəxsi hesabına – təxminən 12-15 manata başa gəlir. Sayğacın dəstinə aid olan aksessuarlar (bura daxildir 4 m uzunluqlu 15-lik dəmir boru, qaykalar, künclüklər və s.)isə ayrıca satılaraq mənimsənilir. FAKT 3 : “Azəriqaz” ASC-ti artıq 3 ilə yaxındır ki, qaz istehlakçılarını dolamaqla məşğuldur. Əvvəllər qurulmuş 2,5 kubmetr/saat gücündə olan sayğaclar 4.0 kubmetr/saat gücündə olan sayğacla əvəzlənir. Bu sayğacların əvvəlkilərdən fərqi təxminən istehlak olunan qazın miqdarını 2-2,5 dəfə artıq qeyd etməkdir. Bu maxenasiya “Qazsazlama” müəssisəsi vasitəsilə həyata keçirilir. Nəticədə əhali və təşkilatlar ziyana düşürlər. FAKT 4: Qazdan zəhərlənmə hadisələrinin tez tez baş verməsinin əsl səbəbini Binəqədi, Səbael, Suraxanı rayonu ərazilərində mədənlərdən çıxarılan və təmizlənmədən birbaşa istehlakçıya verilən xam qazın istifadəsi zamanı baş veməsidir. Təbii qazın təmizlənmədən istifadəyə verilməsi nəticəsində qaz kütləsinin qarışıqlardan ayrılmaması həcmin çoxluğuna dəlalət edir ki, bu da idarə rəhbərləri üçün gəlir mənbəyi deməkdir. Hesab edirik ki, “Azəriqaz” ASC-nin aidiyyatı idarələrində baş verən korrupsiya hüquqpozma halları vaxtında araşdırılsa dövlət büdcəsi və sadə vətəndaşlar bir o qədər maddi ziyana düşməz, həyatları qorunmuş olar. İnanırıq ki, qeyd etdiyimiz faktlar ciddi araşdırılaraq lazımi qiymətini alacaqdır". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |