Əsas Səhifə > Cəmiyyət, Manşet > BAŞ METROÇU TAĞI ƏHMƏDOV GÖRƏVDƏN ALINIR

BAŞ METROÇU TAĞI ƏHMƏDOV GÖRƏVDƏN ALINIR


16-01-2012, 16:22
BAŞ METROÇU TAĞI ƏHMƏDOV GÖRƏVDƏN ALINIR

NƏHAYƏT, HAKİMİYYƏTİN «ÖLMƏZ KAŞEY»LƏRİNDƏN BİRİ GEDİR

DİA.AZ: - Hakimiyyətin bir neçə məmuru var ki, onların gedişi ilə bağlı o qədər xəbərlər verilib və bunun əksi yaşanılıb ki, artıq kimsə məsələn, «Abutalıbov gedir» və yaxud da «Tağı Əhmədov vurulur» başlığı ilə verilən xəbərlərə inanmır. Çünki onlar barəsində ictimai rəydə tamam fərqli qənaətlər var: «ÖLMƏZ KAŞEYLƏR»…

Təbii ki, 10-15 il bir vəzifəni icra edən və hətta işindəki nöqsan bolluğu fonunda hələ də toxunulmaz qalan məmurların nəhayətdə yola salınacağı şübhəsizdir. Heç nəyin əbədi olmadığı kimi, balaca padşahların da firounluğu əbədi deyil və ola da bilməz.

Nəqliyyat Nazirliyindəki məlumatlı mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına ötürülən məlumatlardan aydın olur ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov yaxın günlərdə vəzifəsindən azad ediləcək. Mənbəmizə görə, artıq bu məsələ Nazirlər Kabinetində ciddi şəkildə müzakirə olunub və müzakirələrin sifarişi birbaşa olaraq hakimiyyətin üst düzəyindən gəlib.

Mənbə bildirir ki, NK tərəfindən həyata keçirilən araşdırmalar zamanı Tağı Əhmədovun dövlətdən külli miqdarda gəliri gizlətməsi faktı aşkarlanıb: «Əslində bu şübhələr əvvəlcədən də var idi. Lakin NK-nın mütəxəssislərinin apardığı yoxlamalar nəticəsində tam dəqiq rəqəmlər əldə edilib. Ki, bununla da baş metroçunun «fətvası» verilib».


Geri qayıt