Əsas Səhifə > Cəmiyyət > FARS HAKERLƏR TREND-İN SAYTINI DAĞITDILAR (YENİLƏNDİ)

FARS HAKERLƏR TREND-İN SAYTINI DAĞITDILAR (YENİLƏNDİ)


16-01-2012, 15:52
FARS HAKERLƏR TREND-İN SAYTINI DAĞITDILAR (YENİLƏNDİ)

SIRA KİMDƏDİR? – DÖVLƏT HARA BAXIR?

Azərbaycanın dövlət qurumlarının və hökumət strkturlarının İnternet saytlarına total hakker hücumu başlayıb. Bununla bağlı DİA.AZ-a [email protected] ünvanından məlumat daxil olub. Məlumatda bu ifadələr yer alıb: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə! On ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.

Hazırda Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin www.rabita.az, Konstitusiya Məhkəməsinin constcourt.gov.az və Yeni Azərbaycan Partiyasının yap.org.az saytları dağıdılıb.

Trend İnformasiya Agentliyinin də saytı da haker hücumuna məruz qalıb. Sayt hazirda işləmir.

Son məlumata görə, artıq Trend öz fəaliyyətini bərpa edib.

Geri qayıt