Əsas Səhifə > Hadisə, Manşet > DİA.AZ DA FARS HAKERLƏRİN HƏDƏFİNDƏDİR

DİA.AZ DA FARS HAKERLƏRİN HƏDƏFİNDƏDİR


16-01-2012, 15:35
DİA.AZ DA FARS HAKERLƏRİN HƏDƏFİNDƏDİR

SİFARİŞİN İRANDAN GƏLMƏSİ TAM ŞÜBHƏSİZDİR

DİA.AZ: - Azərbaycanın dövlət qurumlarının və hökumət strkturlarının İnternet saytlarına total hakker hücumu başlayıb. Bununla bağlı redalsiyamıza [email protected] ünvanından məlumat daxil olub. Məlumatda bu ifadələr yer alıb: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə! On ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.

Hazırda Rabitə və İnformasiya Texnologialarının www.rabita.az, Konstitusiya Məhkəməsinin constcourt.gov.az və Yeni Azərbaycan Partiyasının yap.org.az saytları dağıdılıb.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytı (yap.org.az) haker hücumuna məruz qalıb. YAP-ın mətbuat xidmətindən artıq məsələdən xəbərdar olduqlarını bildiriblər. Qeyd olunub ki, haker hücumunun haradan olunduğu araşdırılır və saytın bərpa olunması prosesi gedir.

Azərbaycan Konstitusiya Məhkəməsinin rəsmi saytı (www.constcourt.gov.az) haker hücumuna məruz qalıb. Məhkəmədən bildiriblər ki, məsələdən xəbərləri yoxdur. Bundan başqa bir qədər əvvəl Rabiyə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (http://rabita.az) saytı da xakerlər tərəfindən dağıdılıb.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də rəsmi saytlarına analoji haker hücumları olub.

Onu da bildirək ki, redaksiyamıza da “Dünya” İnformasiya Agentliyinin DİA.AZ ünvanına hücumlarla bağlı məlumatlar daxil olub. DİA.AZ-dan verilən məlumatda bildirilir ki, artıq İranın hakerlərindən xəbərdarlıq təhdidi də alınıb:

“Redaksiyamızın texniki işçiləri bu hücumlarla bağlı tədarük içindədirlər. Hədə məktubunda dağıdılan saytların sırasının genişlənəcəyi də bildirilir”.


Geri qayıt