Əsas Səhifə > Cəmiyyət > “BƏZİ MARAQLI QÜVVƏLƏR NARAHAT OLMAYA BİLƏRLƏR”

“BƏZİ MARAQLI QÜVVƏLƏR NARAHAT OLMAYA BİLƏRLƏR”


16-01-2012, 15:27
“BƏZİ MARAQLI QÜVVƏLƏR NARAHAT OLMAYA BİLƏRLƏR”

RƏSMİ “F-16 AÇIQLAMASI”

“Azərbaycan Müdafiə Nazirliyi üçün ordunun möhkəmləndirilməsi işində müasir silah-sursata yiyələnmək prioritet təşkil edir. Müharibə şəraitində olduğumuzdan bu daha zəruri məsələ kimi qarşıda durur. Ona görə də nazirlik daimi olaraq axtarışlar aparır, etibarlı mənbələri müəyyən edir və lazım olan silah və texnikanın əldə edilməsinə çalışır”.

Bu sözləri APA-nın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

E. Sabiroğlu bu prosesin gələcəkdə daha intensiv xarakter daşıyacağının mütləq olduğunu vurğulayıb: “İndiyədək bu istiqamətdə kifayət dərəcədə uğurlu nəticələrə yiyələnmişik ki, bu da Silahlı Qüvvələrimizin güclənməsinə sürətli təkan verib. Azərbaycanın “F-16” təyyarələri alması ilə bağlı sorğunuza cavab olaraq isə bildirirəm ki, son günlər KİV-də bu barədə aramsız yazılar dərc olunmaqdadır və hətta bunlar bəzi qonşu ölkələrə bağlı olan informasiya agentliklərini mətbuat xidmətimizə tez-tez müraciət etməyə sövq edir. Onlar məsələnin dəqiqləşdirilməsinə çalışırlar. Biz də məcbur olub təkrar-təkrar bu məlumatların doğru olmadığını nəzərlərinə çatdırırıq. Hərçənd, ordumuzun belə bir qırıcı təyyarəyə malik olmasını da istərdik. Ancaq yenə qeyd edirəm ki, “F-16” ilə əlaqədar yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bəzi maraqlı qüvvələr hələ ki, narahat olmaya bilərlər”.


Geri qayıt