Əsas Səhifə > Cəmiyyət > BMT BİR DAHA ETİRAF ETDİ

BMT BİR DAHA ETİRAF ETDİ


28-09-2011, 11:41
BMT BİR DAHA ETİRAF ETDİ

QARABAĞI ERMƏNİLƏR İŞĞAL EDİB

Birləşmiş Millətlər Təşkilatı (BMT) Dağlıq Qarabağın Azərbaycana aid olduğunu və bu bölgənin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyini növbəti dəfə etiraf edib.

Bu barədə BMT-nin Məlumat Mərkəzinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ötən gün BMT Baş Assambleyasında çıxışı və erməni nümayəndəsinin buna reaksiyasına dair məlumatının giriş hissəsindəki qeyddə bildirilib. Qeyddə deyilir: “Azərbaycan və Ermənistandan olan yüksək rütbəli rəsmilər Azərbaycanın bir parçası olan, lakin erməni qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna dair BMT Baş Assambleyasında fikirlərini açıqlayıblar”.

Daha sonra BMT-nin press-relizində E. Məmmədyarovun Azərbaycan torpaqlarının 20%-nin işğal altında olduğu, Ermənistan rəhbərliyinin yeni nəsli müharibəyə təhrik etdiyi və ermənilərin etnik təmizləmə aparıldığı haqda fikirlərinə yer ayrılıb.

Qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə dair BMT-nin dörd qətnaməsi var. Həmin qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Qətnamələrin qəbulundan 20 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan bu tələbi yerinə yetirmir.


Geri qayıt