Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN DA ADI «QARA SİYAHI»YA DÜŞÜB

ZİYA MƏMMƏDOVUN DA ADI «QARA SİYAHI»YA DÜŞÜB


19-09-2013, 12:27
ZİYA MƏMMƏDOVUN DA ADI «QARA SİYAHI»YA DÜŞÜB
SEÇKİLƏRDƏN DƏRHAL SONRA NN ŞEFİNİN OBYEKTLƏRİNƏ ƏL QOYULA BİLƏR

DİA.AZ: - «Nəqliyyat naziri Ziya Məmmədov seçkidən sonra öz postuna təsdiqlənməyə bilər». Bu şok məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlar verib. Mənbə iddia edir ki, Prezident Administrasiyasının rəhbəri postuna iddialı olan Ziya Məmmədov nəinki yeni iddialarını gerçəkləşdirə biləcək, əksinə, hazırki mövqeyini belə itirmə təhlükəsi ilə üz-üzədir.

Mənbənin söylədikləri: «Ziya Məmmədov əvvəlki etimadını çoxdan itirib. Ona qarşı da müəyyən kompromat xarakterli faktlar «yuxarılara» təqdim olunub. Demək olar ki, «qələmi qırılıb». Və ən maraqlısı isə odur ki, NN şefinə digərlərindən fərqli olaraq yenidən etimada layiq görülməsi üçün əlavə şans tanınmır».

Mənbəmiz onu da əlavə etdi ki, seçkidən dərhal sonra Ziya Məmmədovun əlindəki rıçaqların da geri alınması işinə start veriləcək: «Diqqət yetirirsinizsə, NN şefinə yaxın fiqurlar tez-tez mətbuatda görünməyə, özlərini iqtidarın ümumi maraqlarına uyğun şəxs olduqlarını sübutlamağa çalışırlar. Bunlar təsadüfi deyil. Əgər kimsə nəyisə sübut etmək istəyirsə, deməli, artıq onunla bağlı şübhələr var».

Geri qayıt