Əsas Səhifə > Ölkə > ŞƏKİDƏ RADİKAL TƏRİQƏT ÜZVLƏRİ YAXALANDI

ŞƏKİDƏ RADİKAL TƏRİQƏT ÜZVLƏRİ YAXALANDI


16-01-2012, 14:17
ŞƏKİDƏ RADİKAL TƏRİQƏT ÜZVLƏRİ YAXALANDI

POLİS YÜZLƏRLƏ TƏHLÜKƏLİ ƏDƏBİYYATI DA MÜSADİRƏ EDİB

Azərbaycanda qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki Rayon (Şəhər) Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan Şəki şəhər sakinləri Təsvirə Əhmədovanın, Mehdi Mehdiyevin, İlqar Qafarovun, Nəbi Babayevin və Söhrab Bəşirzadənin evlərinə baxış keçirilib. Bu zamanı oradan 100-ə yaxın dini kitab, 80 adda müxtəlif dini təriqətlərin yayımı üçün nəzərdə tutulmuş bröşürlar, 100-ə yaxın kitabçalar, 20 ədəd disk, 7 ədəd audio-video kassetlər, 100-ə yaxın dini ayələr, o cümlədən Azərbaycan dövlətini Müstəqil İslam Dövləti kimi, Terrorizm və Müstəqil Müsəlman İcmalarını təbliğ edən bröşüralar aşkar edilərək götürülüb. Daşüz kənd məscidində isə 12 azyaşlı qızın dini təriqətlə məşğul olmaları da müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Şəki ŞRPŞ və MTN-nin Şəki rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan, Şəki şəhər sakinləri Şahmurad Ağabalayevin, Cahangir Çələbiyevin, Sani Heydərovun, Aydın Mülayimovun evlərinə baxış zamanı oradan 26 ədəd dini kitab, 6 ədəd kitabça, 7 ədəd vərəqə, 1 ədəd əllə yazılmış dəftər, 1 ədəd buklet, 1 ədəd videokasset və 7 ədəd disk aşkar edilərək götürülüb. Araşdırmalar aparılır.


Geri qayıt