Əsas Səhifə > Hadisə > İNTİQAM ƏLİYEVİN İŞİNDƏ YENİLİK VAR

İNTİQAM ƏLİYEVİN İŞİNDƏ YENİLİK VAR


16-01-2012, 13:36
İNTİQAM ƏLİYEVİN İŞİNDƏ YENİLİK VAR

TÜRKİYƏLİ DEPUTAT SORĞU İLƏ MÜRACİƏT EDİB

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının baş katibi və Bursa millətvəkili İsmet Büyükataman azərbaycanlı hüquqşünas İntiqam Əliyevə qarşı dekabr ayının əvvəlində İstanbul hava limanında edilən zorakılıq və onun deportasiyası ilə bağlı daxili işlər naziri İdris Naim Şahin tərəfindən cavablandırılması tələbi ilə Türkiyə Böyük Millət Məclisinə rəsmi sorğu göndərib. Sorğuda “azərbaycanlı vəkil İntiqam Əliyevə qarşı zorakılıq və deportasiya qərarının səbəbi nədir? Vəkilə hüquqazidd şəkildə zorakılıq edənlər kimlərdir və barələrində iş qaldırılıbmı?” deyə məlumat istənilib. Bu barədə Turan-a İntiqam Əliyevin özü bildirib.

Vəkil deyib ki, işin Türkiyənin hüquq-mühafizə orqanlarında araşdırılması ilə bağlı daxil olan xəbərlər ürəkaçan deyil. Belə ki, İ.Əliyevin vəkilləri Həlil Kosabas və Tora Pekin və elə ilk gündən prosesə qatılmış İstanbul Vəkillər Barosu cinayətin ört-basdıq edilməsinin qarşısını almaq üçün bütün səylərini səfərbər edib. Bakırköy Prokurorluğu yanvarın 11-də cinayət işinin qaldırılmasından imtina edilməsi barədə qərar çıxarıb. Vəkillərin uzun müzakirələrindən sonra Bakırköy Prokurorluğu kamera görüntülərinin vəkillərə təqdim olunması barədə qərar verib. İndi vəkillər cinayət işinin qaldırılmasından imtina qərarından şikayət verilməsi üçün nəzərdə tutulan 15 gün ərzində onlara təqdim olunan görüntülərin istədikləri görüntülərün olub-olmadığını müəyyənləşdirməli və imtina qərarından şikayət verməlidirlər.

Həmçinin vəkillər Bəkirsöy Prokurorluğunda olarkən ona qarşı zorakılıqda iştirakçı olan Alaittin Sarıkaya adlı polis məmuru İ.Əliyevə qarşı prokurorluğa şikayət verib. Şikayətdə göstərilir ki, Azərbaycanlı hüquqşünasın əllərinə qandal taxanda, sonuncu müqavimət göstərib və onun əlini əzib. Vəkillər bildiriblər ki, prokurorluq bu şikayət üzrə araşdırma aparır.

Xatırladaq ki, İ.Əliyev ATƏT-in xarici işlər nazirlərinin sammiti ərəfəsində vətəndaş cəmiyyəti təmsilçilırinin görüşündən qayıdanda dekabrın 6-da İstanbul aeroportunda gömrük işçisi ilə aralarında polis məmurunun kobudluğuna etirazından dolayı yaranmış mübahisə nəticəsində tutulub, polis məmurunu “əmələ” adlandırması suçu ilə barəsində deportasiya və 1 il müddətinə Türkiyəyə daxil olmasını qadağan edən qərar qəbul edilib. Dekabr ayının 7-də - ölkədən xaric olunan gün isə aeroportda çoxsaylı adamların n, o cümlədən polis əməkdaşlarının gözü qarşısında iki dəfə fiziki zorakılığa məruz qalıb.


Geri qayıt