Əsas Səhifə > Siyasət, Manşet > ETSN ŞEFİNİN ADAMI MEŞƏ ƏRAZİSİNİ HƏRRACA ÇIXARIB

ETSN ŞEFİNİN ADAMI MEŞƏ ƏRAZİSİNİ HƏRRACA ÇIXARIB


18-09-2013, 11:23
ETSN ŞEFİNİN ADAMI MEŞƏ ƏRAZİSİNİ HƏRRACA ÇIXARIB
AĞCABƏDİNİN BAŞ MEŞƏÇİSİ VƏTƏNDAŞLARDAN PULU ALMIR, QOPARIR

DİA.AZ: - Ağcabədi Meşə Təsərrüfatı və Bərpası İdarəsində açıq torpaq alverinə start verilib. Demokratiya.info-ya verilən məlumata görə, idarənin müdiri Müzəffər Cəfərov əsasən torpaq sahələrini satmaq və ya icarəyə verməklə məşğuldur. Elə buna görədir ki, bu yaxınlarda bununla bağlı ciddi bir qalmaqal da yaşanmışdı. DİA.AZ bildirir ki, hələ 2011-ci ilin aprel ayında bir qrup vətəndaşlar Ağcabədi rayonu Meşə idarəsinin müdiri Müzəffər Cəfərova meşə fondundan 50 ha sahəsi olan ərazinin müqavilə əsasında 3 il müddətinə onlara icarəyə verilməsi barədə müraciət ediblər.

Cavab olaraq M.Cəfərov vətəndaşların 3000 manat ödəyəcəkləri təqdirdə belə bir müqavilənin bağlanmasının mümkünlüyünü bildirib. Qarşılıqlı razılaşma əldə olunandan sonra vətəndaşlar göstərilən məbləği idarə müdirinə nəğd şəkildə ödəyiblər. Bunun müqabilində Müzəffər Cəfərov onlara artıq ərazıdən istifadə edə bldiklərini və müqavilənin də yaxın vaxtlarda hazır olacağını bildirib.Bir müddət sonra vətəndaşların növbəti müraciəti zamanı idarə müdiri onlara deyib ki, nüqavilə artıq hazırdır və bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin keçmiş rəhbəri Rövşən Cəlilov tərəfindən təsdiq olunandan sonra sənədin bir nüsxəsi onlara təqdim olunacaq.

Bir müddət sonra isə Müzəffər Cəfərov həmin vətəndaşları yenidən idarəyə çağıraraq onları əlavə olaraq 2000 manat da ödəmələri olduqları xəbəri ilə sevindirib. Həm də M.Cəfərov bildirib ki, tələb olunan məbləğ təcili ödənilməsə nəzərdə tutulan müqavilə Rövşən Cəlilov tərəfindən təsdiq olunmayacaq. Həmin hadisədən kifayət qədər zaman keçməsinə baxmayaraq hələ də nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də nazirliyin Meşələrin İnkişafı Departamentinin rəhbərliyi məsələyə münasibət bildirmək və problemin həlli üçün hansısa tədbirlər görmək niyyətini büruzə verməmişdir.

Geri qayıt