Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOV MİLYONLARI NECƏ QAZANIR - ŞOK!!!
CAVİD QURBANOV MİLYONLARI NECƏ QAZANIR - ŞOK!!!18-09-2013, 11:02 |
DİA.AZ: - Bildiyimiz kimi, 07.09.2012 (http://xalqqazeti.com/az/news/ads/25539) tarixdə Azəryolservis” ASC Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 44,6-67,5 km və 67,5-91,04 km hissəsinin genişləndirmə işləri ilə əlaqədar Tenderin İlkin Seçim Mərhələsinə Dəvət elan edilmişdir. Bu elanın nəticəsi olaraq aşağıda adları qeyd edilən 15 şirkət İlkin Seçim (ixtisas uyğunluğu) mərhələsini keçərək, 2-ci mərhələyə (Komersiya təkliflərinin verilməsi) dəvət edilmişlər. 1) Azərkörpü ASC – Azərbaycan 2) Hyundai Development Company – Cənubi Koreya 3) Kolin Construction Tourism and Trading Co. İnc. – Türkiyə 4) Samwhan Corporation – Cənubi Koreya 5) Ultra Construction and Engineering Co. Ltd – Cənubi Koreya 6) MAPA Construction and Trade Co. İnc – Türkiyə 7) Strabag AG/Strabag Sp.z.o.o. Alyansı – Polşa 8) Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş. – Türkiyə 9) Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası – Azərbaycan 10) Onur Taahhut Taşımacılık və Ticaret A.Ş. – Türkiyə 11) Gülsan İnşaat Sanayi Turizm Nakliyat – Türkiyə 12) Makyol İnşaat Sanayi Turizm və Ticaret A.Ş. – Türkiyə 13) Azərinşaatservis MMC – Azərbaycan 14) MSF Engeneria S.A. – Portuqaliya 15) Özgün Yapı Sanayi və Ticaret A.Ş – Türkiyə. Lakin adları qeyd edilən şirkətlərdən, yalnız 5-i 2-ci mərhələyə kommersiya təkliflərini vermişlər. Və həmin şirkətlərdən 3-ü hörmətli deputatımız Cavid Qurbanova aiddir. Maraqlısı isə odur ki, Azərinşaatservis MMC, Ziya Məmmədova məxsus olmasına baxmayaraq tenderdə ən yuxarı təklif qiyməti verən şirkət olmuşdur. Bunun səbəbini Azəryolservisdəki mənbəmizdən aydınlaşdırdıqda isə, izah etmişlər ki, həmin layihənin 1-ci hissəsinin (15-45 km) tenderinin qalibi Azərinşaatservis MMC (http://www.azerinsaat.com/index.php?option...mid=101&lang=az) olmuşdur. 2-ci hissədədə eyni şirkətin qalib olması Dünya Bankının Vaşinqton ofisində şübhələrə səbəb ola bilərmiş, ona görə də Azəryolservis ASC-nin rəhbərliyi formal olaraq tenderin qalibi Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş və ya Özgün Yapı Sanayi və Ticaret A.Ş elan etmək niyyətindədirlər. Bu şirkətlər isə öz növbələrində, işin əsas hissəsini yenədə Azərinşaatservis MMC-yə sub-podrata verecəklər. Mənbə DİA.AZ-a açıqlamasında onu da qeyd etmişdir ki, bu tip tender öncəsi sövdələşmələr Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa İnkişaf Banklarının maliyələşdirdiyi bütün layihələrdə baş verir. Və bu sövdələşmələrdən maliyələşməni ayıran bankların aşağı eşelonu məlumatlı olurlar. Bi isə o deməkdir ki, hörmətli deputat xarici maliyyə institutlarını artıq istədiyi kimi idarə edir və bütün tenderləri formal olaraq keçirir. O ki qaldı ilkin mərhələni keçmiş digər şirkətlərə, onları təklif verməməsi üçün Azəryolservis ASC-nin əməkdaşları həmin şirkətləri müxtəlif yollarla (Vergilər və Gömrük rüsumlarnın yuxarı olması, bitum çatışmamazlığı, gözə görünməyən qeyri rəsmi xərclərin çox olması) əl ataraq şirkətləri yayındırırlar. Geri qayıt |