Əsas Səhifə > Güney Press / Manşet > PUTİNİN BAKI SƏFƏRİ İLƏ BAĞLI DAHA BİR GİZLİN

PUTİNİN BAKI SƏFƏRİ İLƏ BAĞLI DAHA BİR GİZLİN


17-09-2013, 17:05
PUTİNİN BAKI SƏFƏRİ İLƏ BAĞLI DAHA BİR GİZLİN
DİA.AZ: - Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad edə bilməsi üçün artıq gərəkən diplomatik tədarükü başa çatdırmaq üzərədir. Bu şok məlumatı redaksiyamıza verən bilgili qaynaq iddia edir ki, istənilən halda Qarabağ uğrunda savaş olacaq və burada əsas şərt savaşın kimin başlayacağındadır. Qeyd edək ki, DİA.AZ-a açıqlamasında məlumatlı mənbə çox ilginc faktları da dilə gətirib.

Mənbəmiz davam edir: В«Birinci Qarabağ savaşını ermənilər başladı və nəticələr onların xeyirlərinə oldu. Hər şey onların kontrolu altında olduğundan hələ Sovetlər Birliyi zamanlarından dünya ermənilərinin dəstəyi ilə savaşa hazırlaşan ermənilərin qarşısında hazırlıqsız olan Azərbaycanın itkisi nə qədər ağır olsa da, həm də şükür olunasıdır. Çünki daha betər nəticələr ola bilərdi və hətta bu yaxınlarda Qərb mətbuatında belə bir fikir də yer aldı ki, əslində birinci Qarabağ savaşında ermənilərin əsas planlarından biri də Bakının işğal edilməsilə bağlı olub və Ermənistan özünü hətta neft ölkəsi elan etməyə də hazırlaşırmışВ».

Bu səfərki tədarüükün Azərbaycan tərəfindən tam ciddiyyətiylə aparıldığını bildirən mənbəmizin sözlərinə görə, növbəti prezident seçkilərinin ardından sülh danışıqları ilə bağlı gərgin müzakirələr açılacaq: В«Bu günlərdə Azərbaycan dövləti adından rəsmi dillər Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların getmədiyini etiraf etməklə yanaşı, ilk dəfə olaraq bu danışıqların mənasız olduğunu da bəyan etdilər. Bu çox ciddi bəyanat idi və nəzərlərdən yayınmamalıdırВ».

Artıq bir sıra beynəlxalq çevrələrlə, xüsusən də Kremlə münasibətlərini qaydasına salan rəsmi Bakının müharibə məsələsində В«ruslarsız həllВ»ə razılıq aldığını da bildirən mənbəmiz əlavə etdi ki, Qərbin də bu məsələdə əslində ciddi bir etirazı yoxdur: В«Artıq Qərbdə də yaxşı başa düşürlər ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi hətta onların da maraqlarına sərf etmir. Hətta bu gün Rusiya da Qarabağın işğal altında qalmasının əziyyətini çəkir. Bu, bir çox istiqamətlərdə hiss olunur. Odur ki, Azərbaycana torpaqlarını azad edə bilməsi üçün nəfəsliyin açılması qərarı verilibВ».

Onu da bildirək ki, erməni tərəfi Putinin son Bakı səfəri zamanı müəyyən anlaşmaların əldə olunması təlaşını aşkar surətdə hiss etdirirlər. Doğrudur, Krem lbu məsələ ilə əlaqədar rəsmi İrəvanda müəyyən arxayınçılıqların yaradılmasına salışdı. Lakin vəziyyət tamam başqadır. DİA.AZ-ı bilgiləndirən qaynaq iddia edir ki, Putinin son Bakı səfərində Azərbaycana Qarabağı işğaldan azad edə biləcəyi haqda Kreml tərəfindən rəsmi dəstək vəd olunub. Bunun tarixi kimi isə məhz prezident seçkilərindən sonra göstərilib.

Təbii ki, rusların Qarabağın müqabilində öz istədikləri var. Mənbəmizə görə, ruslar da Azərbaycanı Avrasiya Birliyində görmək istəyirlər: В«Ermənistanın tələm-tələsik surətdə vahid gömrük ittifaqına qoşulması əslində İrəvanın Kremlə jesti idi. Ermənilər rusların Qarabağla qəti qərar verə biləcəyindən ehtiyatlanaraq Bakıdan da ruslara daha yaxın mövqe tutdular. Amma bütün bunlar o qədər də əhəmiyyətli deyil. Çünki Kreml bu qərarı ermənilərə istədiyi an verdirə bilərdi. Və istədiyi an da bu addımı atdırdıВ»

Mənbənin bildirdiyinə görə, ermənilər Rusiyadan asılı bir vəziyyətdədir və bu fakt hər kəsə məlumdur: В«Rusiya Ermənistanı istədiyinə vadar etdi. İndi isə sıra Azərbaycandadır. Ermənistan gömrük ittifaqına qoşulmaqla ruslara xidmətinin müqabilini ödəyirlər. Yəni kimsə bu gün iddia edirsə ki, İrəvanın bu gedişi istiləşən Azərbaycan-Rusiya münasibətlərinə əngəldir, yanılır. Çünki vəziyyət tamam ərqlidir. Ermənistanın başqa bir yolu yoxdur. Azərbaycandan fərqli olaraq Ermənistanın Rusiyadan başqa inteqrasiya ünvanı yoxdur. Azərbaycanın isə yetərincə manevr imkanları var. Və bu da o deməkdir ki, prezident seçkilərindən sonra Azərbaycana Rusiyanın öz şərtlərinin müqabilində Qarabağı işğaldan azadetmə fürsəti tanıyacağı faktdır və bu məsələdə Ermənistanın hər hansı gedişi yetərli ola bilməzВ».

Xatırladaq ki, bir müddət əvvəl Britaniyanın В«OxfordВ» Analitica Araşdırma Mərkəzi Cənubi Qafqazda yenidən müharibənin alovlana biləcəyi ilə bağlı öz hesabatını açıqlamışdı. Qeyd edək ki, bu hesabat Azərbaycanda da böyük ajiotaj yaratdı. Hətta qeyri-rəsmi informasiyalara görə, bu hesabatda yer alan bir sıra məqamların Cənubi Qafqazın əsas münaqişə ocağı hesab olunan Qarabağ müharibəsinin hər iki tərəfi üçün vacib əhəmiyyət daşıyan xüsusi sirrlər olduğundan həm Bakıda və həm də İrəvanda çaşqınlıq da yaranıbmış.

В«OxfordВ»un proqnozlarına görə, son vaxtlar Azərbaycan yeni strategiyaya tərəfdardır: silah alqısının həcmini artırır və 2014-cü ildə operativ hazırlığa nail olmaq istəyir, o vaxta kimi danışıqlarda irəliləyiş olmasa, atəşkəs rejimi haqda sazişin imzalanmasının 20 illiyi ilə əlaqədar müharibəyə başlayacağı ilə hədələyir.

Elə əldə etdiyimiz son məlumatlarda da Qarabağın azadlığı naminə başlanacaq hərbi əməliyyatların tarixi kimi məhz 2014-cü il göstərilir…

Geri qayıt