Əsas Səhifə > Hadisə > RÖVŞƏN ƏKBƏROVA QARŞI ŞOK İTTİHAM

RÖVŞƏN ƏKBƏROVA QARŞI ŞOK İTTİHAM


17-09-2013, 15:12
RÖVŞƏN ƏKBƏROVA QARŞI ŞOK İTTİHAM
2001-ci ildə Kiyevdə qətlə yetirilmiş iş adamı Elçin Əliyevin anası Cəmayə Əliyeva çərşənbə axşamı RATİ-də bu qətllə bağlı mətbuat konfransı keçirib.

S.Əliyeva oğlunun ölümündən 12 il keçməsinə baxmayaraq, heç kəsin həbsə alınmadığını bildirir. Ana oğlnun qatili kimi israrla o zaman Kiyevdə hərbi akademiyada oxuyan, hazırda Şəmkir korpusunun komandanı Rövşən Əkbərovun adını çəkir. Ölümün motivi aydın deyil, belə ki, S.Əliyeva oğlu ilə R.Əkbərov arasında “söz-söhbət” olduğunu, amma bunun nədən başlamasının bilinmədiyini deyib. S.Əliyeva oğlunun R.Əkbərov tərəfindən qətlə yetirilməsini o zaman Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili, indi Diaspor Komitəsinin sədri Naim İbrahimovdan da eşitdiyini deyib.

Onun sözlərinə görə, oğlu Kiyevdə iş adamı kimi fəaliyyət göstərib, daha çox Azərbaycana qida məhsulları göndərib. O zaman Kiyevin mərkəzində ofisi olub, N.İbrahimovla yaxın dost olduğuna görə hətta biznes ofisini səfirliyə verib, öz yeni ofis tutub.

Ukrayna Baş Prokurorluğunda bu iş 4 il araşdırılıb, S.Əliyevaya Ukrayna Baş Prokurorluğunun may ayında verdiyi cavabda R.Əkbərovun qətl ilə laqəli olması təsdiq edilir.

2005-ci ildən sonra iş Bakıya göndərilib, Hərbi Prokurorluq işi araşdırıb və R.Əkbərovun qətllə əlaqəsi olmadığı deyilib. S.Əliyevannı sözlərinə görə, o zamankı hərbi prokuror iş Bakıya gələn kimi kimliyindən aslı olmayaraq qatilin həbs olunacağını vəd edib. Daha sonra ailənin tələbilə iş Hərbi Prokurorluqdan alınaraq ölkə prokurorluğunun Ağır Cinayətlər İdarəsinə verilib. Burada da araşdırmalar sözdən o yana keçməyib. Nəhayət, mərhum vəkil İsaxan Aşurov bu işi Avropa məhkəməsinə çıxara bilib. Amma Avropa məhkəməsi ailəyə müstəntiq Azər İbrahimovun 2010-cu il təqdimatına istinadən bu işə xitam verilməsi haqda cavab yazıb. Yəni, ailə 2010-cü ilə kimi cinayət işinin faktiki dayandırılması haqda hər hansı məlumata malik olmayıb.

Bu cavabdan sonra vəkil Elton Quliyev məsələnin araşdırılmasına başlayıb. Öncə məhkəmə müddəti bərpa edilib. Hazırda ailə bu işin Nəsimi rayon, yoxsa hərbi məhkəmədə araşdırılmasının davam etməsi haqda Bakı Apellyasiya məhkəməsinin qərarını gözləyir.

S Əliyeva dövlət başçısına müraciət də ünvanlayıb. “Bir ölkədə qatil azadlıqda gəzirsə, oğlum günahı olmadığı halda məzardadırsa, mən seçkilərdə niyə ona səs verməliyəm”, - ana bildirib.

Geri qayıt