Əsas Səhifə > Siyasət, Manşet > CANINDAN BEZƏN YEVLAX SAKİNİ ÖZÜNÜ ÖLDÜRƏCƏK
CANINDAN BEZƏN YEVLAX SAKİNİ ÖZÜNÜ ÖLDÜRƏCƏK17-09-2013, 14:53 |
İCRA BAŞÇISI VƏ ADAMLARININ ÖZBAŞINALIĞI VƏTƏNDAŞI BEZDİRİB DİA.AZ: - «Əgər bu vəziyyət davam edərsə, özümü yandıracam». Bu ilginc açıqlamanı DİA.AZ-a verən Yevlax rayon sakini Mübariz Baxşiyev bildirir ki, rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov onlara gün verir, işıq vermir. Mənbə iddia edir ki, Qoca Səmədovun adamları onun Yevlaxın mərkəzindəki obyektinə tamah salıblar: «Neçə gündür ki, gəlib gedirlər və məndən 5 min manat pul tələb edirlər. Əks halda obyektimi uçuracaqları ilə hədələyirlər. Obyekt də deyəndə - balaca bir «budkam» var. İki ailə bu köşkün hesabına dolanır. İndi də icra başçısı bu köşkümü sökdürməklə hədələyir. Əgər bu vəziyyət davam edərsə, öüzümü yandıracam». Rayon sakini iddia edir ki, üzləşdiyi problemlə bağlı yerli hüquq-mühafizə orqanlarını da bilgiləndirib: «Korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xəttinə desəm də, ciddiyə alınmadım. Nə istəyirlər? Özümü öldürməliyəm?». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |