Əsas Səhifə > Güney Press / Manşet > “KURTLAR VADİSİ” MAFİYASI ÜZVÜNDƏN ŞOK AÇIQLAMA
“KURTLAR VADİSİ” MAFİYASI ÜZVÜNDƏN ŞOK AÇIQLAMA16-09-2013, 18:24 |
![]() DİA.AZ: - Ucar rayon sakini Cəfərov Akif Cəmşid oğlu mətbuata müraciət edib. DİA.AZ-a daxil olan müraciətdə deyilir: “Mən jurnalist Fuad Hüseynovun cinayət işi üzrə zərərçəkmişəm. Bu cinayətin qondarma olması, Fuad Hüseynovun şərlənərək “ Kurtlar Vadisi” adli cinayətkar dəstə tərəfindən girov götürülməsi barədə mətbuata dəfələrlə çıxış etmişəm. Əbəs yerə jurnalist Fuad Hüseynov siyasi məhkum kimi tanınmayıb. O həm də vətəndaşları daima müdafiə etdiyi üçün hüquq-mühafuzə orqanlarının qəzəbinə tuş gəlib. And olsun o bir Allaha, müqəddəs Qurana bu cinayət olmayıb, qondarmadı. Biz bıçaqla özümüzə xəsarət yetirib bunu Fuad Hüseynovun etməsi barədə şikayət etmişik. Fuad Hüseynovun şərləmə planı bir neçə gün əvvəl hazırlanıb həyata keçirilmişdir. Bu cinayət qondarma olmasını Fuad Hüseynov şərlənərək həbsə atılmasını təsdiq edən kifayət qədər sübutlar var. Ancaq “ Kurtlar Vadisi” adlı cinayətkar dəstənin gücü qarşısında həmin mötəbər sübutlara məhkəmələr hüquqi qiymət verməyiblər. Mən həm Ucar rayon , həm Apellyasiya, həmdə Ali Məhkəmədə ifadə verib göstərdim ki, ibtidai istintaqda Fuadın əleyhinə yalandan ifadə verməyə, özümüzə xəsarət yetirib Fuadı şərləməyə bizi “Kurtlar Vadisi” adlı cinayətkar dəstə məcbur edib. Mənim apelliyasiya və kassasiya şikayətlərimi qanunsuz olaraq təmin etməyiblər. Mən şəxsən vicdan əzabı çəkirəm ki, günahsız insanın şərlənərək həbsə atılmasında zərərçəkmiş kimi iştirak etmişəm. Vicdanı olan şəxs günahsız insanı şərləyib həbsə atdırıb, ailəsinin gözlərini yaşlı qoymaz. Fuad Hüseynovu şərləmə əməliyyatında qondarma şahidlərin 4 nəfəri priton qadını, 3 nəfəri isə narkomanlardılar ki, onları açıq-aşkar himayə edib, belə çirkin işlərdə istifadə ediblər. “ Kurtlar Vadisi” adlı cinayətkar dəstənin fəal üzvü Ucar rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərovun mənə zəng edib Fuad Hüseynovun əleyhinə məhkəmədə yalan ifadə verməyə təhrik etməsi barədə telefon danışığı olan aidio yazı var ki, bunu “ Youtube. com” saytına yerləşdirilmişik. 6 nəfər şahid Fuad Hüseynovun əleyhinə ibtidai istintada yalan ifadə verməyə məcbur edildiklərini məhkəmələrdə etiraf ediblər. 27 nəfər şahid isə Fuad Hüseynovun təqsirsiz olduğunu, həmin vaxt heç bir cinayətkar hadisəsi baş vermədiyini, bu cinayətin qondarma olduğunu göstəriblər. Ancaq “ Kurtlar Vadisi” adlı cinayət dəstənin gücü qarşısında bütün sübutlar aciz olub. Mən hazırda Bakı şəhərində yaşamağa məcbur olmuşam. Çünki “ Kurtlar Vadisi” adlı cinayətkar dəstə məni nəyin bahasına olur-olsun cəzalandırılmağı qarşılarına ali məqsəd qoyublar. Hətta nəni öldürə də bilərlər. Anam rəhmətə getdi, ancaq mən rayona gedə bilmədim. Yas mərasimində iştirak edə bilmədim, anamı yadlar dəfn etdilər. “ Kurtlar Vadisi” adlı cinayətkar dəstənin əməllərindən dinc sakinlər çox əziyyət çəkirlər. Hamı onların nə vaxt cəzalanacaqlarını gözləyirlər. Mən mətbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edirəm. ![]() Cənab Prezident ! And olsun o , bir olan Allaha, müqəddəs Ramazan ayına “ Kurtlar Vadisi” adlı cinayətkar dəstənin qurduğu plana əsasən biz bıçaqla özümüzə xəsarət yetirib Fuad Hüseynovun şərlənib həbsə atılmasını həyata keçirmişik. Fuad Hüseynovun təqsiri yoxdur, ümumiyyətlə belə bir cinayət hadisəsi baş verməyib, yalandır. Sizdən xahiş edirəm şərlənərək həbsə atılmış Fuad Hüseynovun azadlığa çıxmasına köməklik edəsiniz. Mən inanıram ki, Siz bu müraciəti araşdırıb nəzərə alacaqsınız. Qondarma zərərçəkmiş Cəfərov Akif Cəmşid oğlu”. Geri qayıt |