Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISININ OĞLU SOCAR-I MÜFLİS EDİB

İCRA BAŞÇISININ OĞLU SOCAR-I MÜFLİS EDİB


16-09-2013, 13:10
İCRA BAŞÇISININ OĞLU SOCAR-I MÜFLİS EDİB
DİA.AZ: - SOCAR-ın xarici ölkələrin iqtisadiyyatlarına sərmayə yatırdığı sirr deyil. Artıq Gürcüstan, Moldova, Montoneqro, Rumıniya və İsveçdə açılan ofislər və yatırılan investisiyalarla bağlı ictimaiyyətə geniş məlumatlar verilib. Şirkət bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək fikrindədir.

DİA.AZ ötən günlərdə SOCAR-ın Rumıniyadakı nümayəndiyi barədə məlumat verərək bildirmişdi ki, Salyanın icra başçısı Tahir Kərimovun oğlu Həmzə Kərimov bu ölkənin sabiq prezidenti Basesku ilə ortaq şəkildə hərəkət edir. Bu yaxınlarda əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, Həmzə Kərimov SOCAR-ı aldan hərəkətlərə yol verib. Belə ki, o, Rumıniyada SOCAR-ın adına alınan Yanacaq Doldurma Məntəqələrinin (YDM) qiymətlərini süni şəkildə şişirdib. Hətta bu rəqəmlər o qədər şişirdilmiş olub ki, məsələdən Bakıda da xəbər tutublar. Məsələn, Rumıniyanın ucqar məntəqələrində fəaliyyət göstərən YDM-ləri özəlləşdirmək əgər 100 min dollara başa gəlirdisə, Həmzə Kərimovun «peşəkarlığı» sayəsində bu rəqəm 200 min dollara qədər qalxıb. Nəticədə, SOCAR-a ciddi ziyan dəyib ki, bunu da sonradan müəyyənləşdirmək mümkün olub.
Məlumatlarda deyilir ki, baş verənlərlə bağlı hal hazırda araşdırma aparılır. Amma bu araşdırmalar Həmzə Kərimovun xəbəri olmadan həyata keçirilir.
DİA.AZ-a daxil olan bir başqa məlumatda o da qeyd olunur ki, Tahir Kərimovun oğlu Rumıniyada özünə də gizli şəkildə bir neçə YDM alıb. Onların aylıq dövriyyəsinin gələn gəlir 120 min dollardan artıq olduğuna dair iddialar var. Təbii ki, bu qədər vəsaiti oğul Kərimov təkbaşına tapa bilməzdi. Bu işdə ona atası yardımçı olub.

Bundan əlavə Həmzə Kərimov Bakıda da özünə biznes qurmağa çalışır. Hal hazırda onun əsas diqqət ayırdığı sahə dərman biznesidir. Belə ki, Rumıniyada fəaliyyət göstərən dərman zavodları ilə anlaşan icra başçısının oğlu artıq bir neçə dəfə Bakıda fəaliyyət göstərən əczaçılıq şirkətlərinə dərman prereparatları göndərməyə nail olub.

ANONS

- Həmzə Kərimov Rumıniya və onun ətraf qonşularında daha hansı biznes sahələri qurmaq istəyir?
- Tahir Kərimovla oğlunun qaynatası arasında hansı narazılıq olub?
- Oğlunu qorumaq istəyən Salyanın icra başçısı yanında saxladığı adamlara hansı tapşırığı verib?
- «Sədərək Mafiyası»na kimlər daxildir?
Bu və digər maraqlı məlumatları yaxın günlərdə bizdən oxuyun…

Geri qayıt