Əsas Səhifə > Gündəm, Manşet > NARAZI ŞƏMKİR SAKİNLƏRİNDƏN ŞOK MÜRACİƏT

NARAZI ŞƏMKİR SAKİNLƏRİNDƏN ŞOK MÜRACİƏT


14-09-2013, 12:59
NARAZI ŞƏMKİR SAKİNLƏRİNDƏN ŞOK MÜRACİƏT
RAYON CAMAATI İCRA BAŞÇISININ YARATDIĞI MÜHİTDƏN ŞİKAYƏT EDİR

DİA.AZ: - Şəmkir rayonunun bir qrup sakini adından redaksiyamıza şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar DİA.AZ-a ünvanladıqları müraciətlərində rayondakı sosial durumdan, iş yerlərinin olmamasından, əhalinin səfalət həddində yaşamasından giley-güzar edirlər.

Şikayətçilər yazır: «Bizim nə icra başçısı, nə də deputat sarıdan bəxtimiz gətirməyib. Dəfələrlə deputatımıza da durumu anlatmışıq. Amma deyəsən, icra başçısı Nazim Veysovun hökmü daha keçərlidir.

Rayonda nə yaşlıların, nə də gənclərin işləməyə bir yerləri yoxdur. Bu gün Şəmkir camaatı Rusiyada yaşayanların hesabına ayaqda durur. Son zamanlar isə rusiyadakıların da durumu ağırlaşıb. Bunu daha çox bəlkə də şəmkirlilər hiss edirlər».

Sakinlər müraciətlərində öz rayonlarını qonşu Tovuz rayonu ilə də müqayisə edirlər: «Biz bu gün Tovuz rayonuna həsədlə baxırıq. Orada aparılan quruculuq işlərinin yüzdə biri bizim rayonda həyata keçirilmir. Tovuzdan deputat seçilmiş Qənirə Paşayeva öz rayonunda iş yerləri açıb, yüzlərlə tovuzlu iş yeri ilə təmin olunub.

Amma bizdə əhalinin yeganə dolanışıq yeri kənd təsərrüfatı olsa da, burada da güzəranımız, dincliyimiz yoxdur. Becərdimiyiz məhsulu icra başçısının adamlarının təkidi ilə aşağı qiymətə satmalı oluruq.

Şəmkirdən olan imkanlı şəxslər dəfələrlə rayonda iş yerləri açmaq istəsələr də, Nazim Veysov buna imkan verməyib. Elə bu günlərdə böyük bir kompleks tikmək istəyən Rusiyadakı həmyerlilərimizdən birinə icra başçısı şəxsən bildirib ki, əgər obyektinə başçının oğlunu 50-nin 50-yə şərik olacaqsa, onda icazə verilə bilər. Yəni adam pul qoyur, amma başçının oğlu ilə şərik olur.

Bu özbaşınalıq durdurulmasa, o zaman Şəmkirdə bütün Azərbaycanı biabır edəcək hadisələr baş verə bilər. Bu gün Şəmkirdə aclıq həddində olan, bir qarın çörəyə möhtac olan adamlar var. Yaxşı olarmı ki, Şəmkirdə kimsə acından ölsün? Bundan dövlətimiz nə qazanacaq?»

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt