Əsas Səhifə > Partiya > AYAZ MÜTƏLLİBOVDAN AXC-YƏ İTTİHAM

AYAZ MÜTƏLLİBOVDAN AXC-YƏ İTTİHAM


14-01-2012, 17:28
AYAZ MÜTƏLLİBOVDAN AXC-YƏ İTTİHAM

KEÇMİŞ PREZİDENT SSRİ-Nİ TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞIR?

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Türkiyənin "İhlas" xəbər agentliyinə müsahibə verib.

Bu hadisənin baş verməsində keçmiş SSRİ rəhbərliyini günahlandıran A.Müttəlibov bildirib ki, bu, insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir.

Keçmiş Sovet rəhbərliyinin ölkədəki vəziyyəti nəzarət altında saxlaya bilmək üçün etnik qarşıdurmaları qızışdırdığını ifadə edən eks-prezident deyib: "Qarabağ problemi tamamilə Moskva tərəfindən hazırlanan senari idi. Moskva, bu problemi bir barmaq işarəsiylə həll edə bilərdi və erməniləri yerinə oturda bilərdi. Amma bunu etmədi və yanvarın 19-da gecə xalqımıza qarşı dəhşətli cinayət işləndi. Təbii ki, bu hadisələrdə Azərbaycan Xalq Cəbhəsinin də günahı var idi".

20 Yanvar hadisəsinin baş verdiyi dövrdə Azərbaycanın qonşu müsəlman dövlətlər tərəfindən lazımi dəstək görmədiyini söyləyən A.Mütəllibov deyib: "Ermənistanı Rusiya, Fransa kimi bir çox ölkə açıq-aşkar dəstəkləyirdi, bizi isə Türkiyədən başqa heç kim dəstəkləmirdi. Ərəb ölkələrində daxili mətbuat belə bizim problemlərimizdən heç yazmırdı. Azərbaycanın dünya xəritəsində harada olduğunu heç kim bilmirdi. Bizi neft və təbii qaza görə tanımağa başladılar".


Geri qayıt