Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOV ÖZ BİZNESİNİ BELƏ GENİŞLƏNDİRİR

ZİYA MƏMMƏDOV ÖZ BİZNESİNİ BELƏ GENİŞLƏNDİRİR


13-09-2013, 16:45
ZİYA MƏMMƏDOV ÖZ BİZNESİNİ BELƏ GENİŞLƏNDİRİR
DİA.AZ: - Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasının ərazisinin bir hissəsi satılıb. Bu barədə əməkdaşımıza xəstəxana əməkdaşlarından biri bildirib.

Mənbənin DİA.AZ-a dediyinə görə, alınan ərazidə özəl klinika tikiləcəyi ehtimal olunur. Klinikanın nəqliyyat naziri Ziya Məmmədova məxsus olacağı bildirilir.Onu da öyrəndik ki, xəstəxanının qonşuluğunda olan “Kafe Europa”nın yerləşdiyi ərazi də bir zamanlar xəstəxanın balansında oldub. Mənbəmiz qeyd edir ki, Biləcəri qəsəbəsində nəqliyyat nazirinə məxsus əmlak bununla bitmir, belə ki, Ziya Məmmədova aid oludğu deyilən iki mülk də var. Bunlardan biri şəkildə gördüyünüz Xurşud Banu Natəvan küçəsi 12 ünvanında yerləşən villadır.

Digər mülk isə elə vilanın qonşuluğunda olan “Biləcəri” İstirahət Mərkəzidir. İstirahət mərkəzinin əməkdaşının dediyinə görə, böyük ərazini əhatə edən mərkəzin sahəsi əvvəllər park olub. Sonradan parkın ərazisi özəlləşdirilib. Burada xidmətlərin VİP səviyyəsində olduğu qeyd edildi. İstirahət mərkəzində qiymətlərlə maraqlanarkən məlum oldu ki, buradakı xidmətin qiymətləri hər kəsin çibinə uyğun deyil.Restoranda uşaqların əylənməsi üçün xüsusi yer ayrılıb, burada VİP Çay Evi və kafe-restoran fəaliyyət göstərir. İstirahət etmək və əylənmək üçün yer də var. Məsələ ilə bağlı olaraq Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla telefon açsaq da zənglərimizə cavab vermədi.

ZİYA MƏMMƏDOV ÖZ BİZNESİNİ BELƏ GENİŞLƏNDİRİR

Geri qayıt