Əsas Səhifə > Ölkə, Manşet > İŞÇİSİ TƏRƏFİNDƏN İSMƏT ABBASOVA QARŞI ŞOK İTTİHAM

İŞÇİSİ TƏRƏFİNDƏN İSMƏT ABBASOVA QARŞI ŞOK İTTİHAM


13-09-2013, 12:48
İŞÇİSİ TƏRƏFİNDƏN İSMƏT ABBASOVA QARŞI ŞOK İTTİHAM
«BUNYAVİRUS TƏHLÜKƏLİ DEYİLDİ»

DİA.AZ: - «Əslində mal-qara arasında yayılan və minlərlə hevanın yoluxması ilə kənd təsərrüfatına, xüsusən də fermerlərə ziyan vuran bunyavirus epidemiyası vənd təsərrüfatı nazirliyinin rəhbərliyi üçün bir qazanc rolunu oynadı və bu da baş verənlərin bir qurama olması təəssüratını yaradır». Bu, ilginc açıqlamanı KTN-nin əməkdaşlarından biri DİA.AZ-a söyləyib.

Mənbə iddia edir ki, heç də ağır xəstəlik hesab olunmayan bunyavirus yoluxmasının qarşısı elə KTN-nin ənənəvi imkanları hesabına da alına bilərdi:

«Amma başda nazir İsmət Abbasov olmaqla KTN-nin rəhbərliyi bir fəaliyyətsizlik nümayiş etdirdilər və eyni zamanda mətbuatla işləyərək, böhranlı vəziyyəti daha da şişirdilmiş formada ictimailəşdirdilər. Bununla da Nazirlər Kabinetindən epidemiyanın qarşısının alınması üçün əlavə vəsait almış oldular».

Mənbə iddia edir ki, bunyavirus problemindən KTN sisteminin işbaz məmurları ən azından 1 milyon manatlıq qazanc əldə ediblər: «Təbii ki, bunun gec-tez hesabı sorulacaq. Bəlkə də İsmət Abbasov vəzifədən çıxarılacağının fərqində olduğundan, gedişi ərəfəsində belə bir qazanc yeri əldə etdi».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt