Əsas Səhifə > Ölkə > MƏHKƏMƏ ZALINDA ARA QARIŞDI
MƏHKƏMƏ ZALINDA ARA QARIŞDI27-09-2011, 17:25 |
POLİS GÖZYAŞARDICI QAZDAN İSTİFADƏ ETDİ Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyilə Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan Ülvü Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin işi üzrə proses davam etdirilib. "Yeni Müsavat"ın reportyoru Elşən Balaxanılının verdiyi məlumata görə, şahidlərin ifadəsi dinlənilərkən məhkəmədə qalmaqal yaranıb. Buna səbəb Əvəz Ağayev adlı hal şahidinin ifadəsi olub. Bu adam hadisə baş verən gün dayanacaqda oturduğunu deyib və təqsirləndirilən şəxslərə qarşı yalan ifadələr verib. Buna etiraz edən müttəhimlərlə onun arasında mübahisə yaranıb. Yalan ifadələr verməsindən, üzə durmasından utanmayan Ağayev, üstəlik, məhkumları təhqir etməyə, polisə güvənərək ağzına gələni danışmağa başlayıb. Bu isə məhkumların zalda olan qohumlarının təpki göstərməsinə səbəb olub, prosesdə ara qarışıb. Reportyorumuzun verdiyi xəbərə görə, polisləri zalda situasiyanı nəzarət altına almaqdan ötrü tədbirlər görüblər, məhkumların qohumlarını, o cümlədən jurnalistləri bayıra çıxarmağa çalışıblar. Bu zaman onlar zala gözyaşardıcı qaz buraxıblar. Məhkəmə zalı boşaldılandan sonra proses qapalı keçirilib. Geri qayıt |