Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENTİN BÖLGƏ SƏFƏRLƏRİ KİMLƏRİ BİTİRİR?

PREZİDENTİN BÖLGƏ SƏFƏRLƏRİ KİMLƏRİ BİTİRİR?


13-09-2013, 11:28
PREZİDENTİN BÖLGƏ SƏFƏRLƏRİ KİMLƏRİ BİTİRİR?
İKİ RAYONUN İCRA BAŞÇISI SƏRƏNCAMLARININ VERİLƏCƏYİNİ GÖZLƏYİR

DİA.AZ: - Məlum olduğu kimi, Prezident İlham Əliyev Aran Qarabağ və Gəncəbasar bölgəsində səfərdə olub. Yevlaxda yeni aeroportun açılışında iştirak edən dövlət başçısı oradan da Bərdə rayonunda qaçqınlar üçün yeni tikilmiş şəhərciyin açılışına qatılıb.

DİA.AZ-a verilən məlumata görə, Bərdədə qaçqın şəhərciyinin açılışında iştirak edən dövlət başçısı rayondakı vəziyyətdən narazı qalıb. Açılışdan əvvəl Bərdənin icra başçısı Vidadi İsayevi sərt formada tənqid edən prezident, onun limitinin bitdiyini xatırladıb. Məlumatlarda iddia olunur ki, İsayev o dərəcədə şok vəziyyətdə olub ki, ona müraciət edən vətəndaşlarla danışa bilməyib. Dili topuq vurub, danışa bilməyən icra başçısının prezidentin səfərindən sonra iki gündür işə çıxmadığı bildirilir.

Eyni aqibətlə Tərtərin icra başçısı Ceyhun Cəfərov da üzləşib. Qaçqın şəhərciyinin açılışında iştirak etmək üçün Bərdəyə gələn Cəfərov orada Prezident Admnistrasiyası və dövlət başçısı ilə görüşmək istəyib. Lakin ona çatdırıblar ki, dövlət başçısı onunla görüşmək istəmir. Səbəbi isə ona izah edilməyib.

Əslində isə Tərtərin icra başçısının belə bir vəziyyətə düşməsinin səbəbi elə də gizli deyil. Çünki hələ bir müddət əvvəl Tərtər rayonunda sabiq prezident Heydər Əliyevin abidəsi qoyulmalı idi. Onun inşa edilməsi üçün yer seçilərkən münasib yer tapılmadığından, abidəni parkın içindəki görkəmsiz bir ərazidə ucaldılması qərarlaşdırılır. Bundan xəbər tutan yuxarı dairələr Ceyhun Cəfərova xəbərdarlıq ediblər ki, o, bu hərəkəti ilə özünün karyerasına son qoyub. Elə dövlət başçısının onu qəbul etməməsinin səbəbi də məhz bu amil göstərilir.

Qeyd edək ki, bu olaydan sonra hər iki başçı işdən çıxarılmaları ilə bağlı sərəncamlarını gözləyirlər.

Geri qayıt