Əsas Səhifə > Gündəm, Manşet > ELDAR HƏSƏNOV ÜÇÜN ARZUOLUNMAZ GÜNLƏR QAPIDA

ELDAR HƏSƏNOV ÜÇÜN ARZUOLUNMAZ GÜNLƏR QAPIDA


13-09-2013, 11:16
ELDAR HƏSƏNOV ÜÇÜN ARZUOLUNMAZ GÜNLƏR QAPIDA
AKİF MURADVERDİYEVƏ DÖVLƏT ÇEVRİLİŞİ İLƏ BAĞLI SUALLAR VERİLİB

DİA.AZ: - Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, keçmiş baş prokuror Eldar Həsənovla bağlı yeni şərait yaranıb. Bu barədə DİA.AZ-ı məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, adı yerli mətbuatda dövlət çevrilişinə cəhddə hallandırılan Eldar Həsənov istintaqa çağrıla bilər. Buna səbəbsə, onunla bağlı toplanmış faktlara hüquqi qiymətin verilməsilə bağlı gəlinən qərardır.

Xatırladaq ki, Eldar Həsənovun və daha bir neçə tanınmış simanın adı Azərbaycanda dövlət çevrilişinin hazırlanmasında hallanırdı və iddia olunurdu ki, Kremlin sifarişini icra edən bir neçə tanınmış sima, təşkilat və qurumlar Bakıda hakimiyyətin dəyişdirilməsi niyyətinə düşüblər. Bu gün qaçaqmalçılıq iddiası ilə həbsdə saxlanılan Prezidentin İcra Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin də eyni planda icraçılardan biri olduğu söylənilirdi.

DİA.AZ-a daxil olan son informasiyalara görə, artıq Akif Muradverdiyevə bu barədə istintaqçılar tərəfindən suallar verilib: «Təbii ki, qaçaqmalçılıqla ittiham olunan Muradverdiyevin dövlət çevrilişi ittihamı ilə sorğu-suala tutulması bu işdə adları hallandırılan digər şəxslərin, o cümlədən Eldar Həsənovun da durumunun ürəkaçan olmamasından xəbər verir».

Mənbə bildirir ki, seçkilərdən sonra bu işlə əlaqədər ciddi hərəkətlənmələr müşahidə olunacaq: «Hakimiyyətlə Moskvanın arasındakı buzlar əridikcə rəsmi Bakının tədbirlər görə bilməsi üçün də əlavə şanslar yaranacaq».

Geri qayıt