Əsas Səhifə > Siyasət, Manşet > «ROKFELLER» ÖZÜNÜ SEÇKİDƏN SONRA HARDA GÖRÜR?

«ROKFELLER» ÖZÜNÜ SEÇKİDƏN SONRA HARDA GÖRÜR?


13-09-2013, 10:48
«ROKFELLER» ÖZÜNÜ SEÇKİDƏN SONRA HARDA GÖRÜR?
AYDIN ƏLİYEV VƏ DAHA İKİ GÖMRÜK MƏMURUNUN VƏZİFƏDƏN ALANACAQ

DİA.AZ: - Dövlət Gömrük Komitəsinin rəhbərliyində ciddi kadr islahatının həyata keçiriləcəyi ilə bağlı bu ilin əvvəlindən məlumatlar yayılsa da, 9hələ də hər hansı kadr dəyişikliyi müşahidə olunmayıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynaq iddia edir ki, əslində bütün bunların nədənləri DGK sistemilə bağlı planların seçkidən sonraya ertələnməsidir.

Məlumatlı mənbə iddia edir ki, prezident seçkilərindən sonra ümumiyyətlə, gömrük sisteminə nəzarət rıçaqlarının yenidən müəyyənləşməsi prosesinə start veriləcək:

«Təbii ki, bu da öz növbəsində kadr islahatlarını zəruri edir. Aydın Əliyevin və onunla bərabər iki müavininin vəzifəsindən alınması nəzərdə tutulub. Həmin posta isə hazırda görəv başında olan nüfuzlu gömrükçülərdən birinin gətirilməsi gözlənilir».

Mənbəmiz hələlik həmin şəxsin kimliyi ilə bağlı heç bir bilgi vermədi. Bildirək ki, Aydın Əliyevin yerinə keçə bilməsi üçün uzun müddətdir Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov çaba sərf edir. Özünün maddi imkanları baxımından «Rokfeller» adını alan Hikmət Məmmədov hətta bu günlərdə məclislərin birində bəyan edib ki, seçkidən sonra Aydın Əlyevin yerində oturacaq. Təbii ki, bütün bunlar indiki açıdan daha çox arzuya bənzəyir…

Geri qayıt