Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVUN YERİNƏ KEÇMİŞ İCRA BAŞÇISI GƏLİR

İSMƏT ABBASOVUN YERİNƏ KEÇMİŞ İCRA BAŞÇISI GƏLİR


11-09-2013, 12:49
İSMƏT ABBASOVUN YERİNƏ KEÇMİŞ İCRA BAŞÇISI GƏLİR
ŞƏMKİRƏ RƏHBƏRLİK ETMİŞ ASLAN ASLANOVA TƏKRAR ETİMAD GÖSTƏRİLİR

DİA.AZ: Neçə gündür ki, kənd təsərrüfatı naziri İsmət Abbasovun rəqibləri xüsusi şəkildə fəallaşıblar. Ölkənin ayrı-ayrı bölgələrində mal-qara arasında yayılmış bunyavirus da sanki rəqiblərinin işinə yaradı və bu fakt da İsmət Abbasovun üzərinə gedilməsi üçün bəhanəyə çevrildi.

Əslində KTN-nin minlərlə mal-qaranın yoluxduğu bu virusa qarşı yetərli müqavimət göstərməməsi, faktı mövcud idi ki, bu da ənənəvi bürokratiyanın təzahürü kimi qiymətləndirilməlidir. Lakint buna baxmayaraq rəqib cinah baş verənlərdən yetərincə istifadə etdi.

Bildirək ki, İsmət Abbasov az qala bütün seçki dönəmlərinin «ən zəif bəndi» kimi diqqətə gəlməkdədir. Hətta hakimiyyətyönlü namizədlər belə İsmət Abbasovu rahatlıqla tənqid etmə fürsətinə malikdirlər ki, buna görə kimsə onları sorğu-suala da tutmur. Yəni hakimiyyətin «gizli müxalifəti» öz müxalifliyini sübuta yetirmək üçün ara-sıra İsmət Abbasovun ünvanını hədəfə almaqda sərbəstdir. Bu isə KTN şefinin mövqelərinin kifayət qədər etibarsız olmasının göstəricsidir. Ən azından ona görə ki, 2008-ci ilin prezident seçkiləri zamanı namizədlərin «sevimli» iki hədəfindən biri də məhz KTN şefinin özü idi. Birinci əsas hədəf isə o zamankı iqtisadi inkişaf naziri Heydər Babayev idi. Və birinci hədəflə elə prezident seçkilərindən dərhal sonra hakimiyyətin yolları ayrıldı. İndi isə eyni qaydada İsmət Abbasovla bağlı qərar çıxarıla bilər.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, həqiqətən də KTN şefinin prezident seçkilərindən sonra görəvindən alınması gözlənilir: «Maraqlıdır ki, onun yerinə zamanında Şəmkirə rəhbərlik etmiş, hazırda isə İsmət Abbasovun səlahiyyətsiz müavinlərindən biri kimi diqqətə gələn Aslan Aslanov təyin oluna bilər».

Mənbəmiz iddia edir ki, Aslan Aslanovu hakimiyyət daxilində himayə edənlər var: «Eyni zamanda bu adam mərhum prezident Heydər Əliyevə də çox yaxın bir şəxs kimi tanınıb və Heydər Əliyev-Eduard Şevardnadze dostluq əlaqələrində Aslan Aslanovun mühüm iştirakı da olub. Məhz bu kimi keyfiyyətləri Aslan Aslanova təkrar etimadı da qarantiləşdirib».

Geri qayıt