Əsas Səhifə > Partiya > SİYASİ PARTİYALARIN BİRLƏŞMƏSİ MÜMKÜNDÜR
SİYASİ PARTİYALARIN BİRLƏŞMƏSİ MÜMKÜNDÜR14-01-2012, 12:27 |
YAP BUNU TƏBİİ PROSES HESAB EDİR Azərbaycanın hakim partiyası xırda partiyaların böyük partiyalara birləşməsini təbii proseslə mümkün sayır. "Siyasi partiyaların təmərküzləşdirilməsi prosesi təbii seçmə yolu ilə getməlidir. Yəni ictimai-siyasi həyatımızda baş verən dəyişikliklərə uyğun olaraq ayrı-ayrı siyasi partiyalar öz fəalityyətlərini lazimi səviyyədə qura bilmirsə, onlar böyük partiyalara birləşə bilər, tərkibinə qatıla bilər. Bu da təbii yolla ola bilər, süni surətdə ola bilməz" bunu şənbə günü Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. Qurbanlı deyib ki, bu gün Azərbaycanda qediyyatdan keçən siyasi partiyaların sayı 45-dən yuxarıdır və bütövlükdə 100-ə qədər siyasi təşkilat özünü bəyan edib, ancaq faəliyyət göstərmir. "Qeydiyyatdan keçən partiyaların da bir hissəsinin siyasi fəaliyyəti faktiki olaraq nəzərə çarpmır. Ancaq bizim cəmiyyətimizdə bu gün siyasi partiyaların süni surətdə birləşdirilməsini həyata keçirmək mümkün deyil. O mənada mümkün deyil ki, hansısa siyasi partiyaya özünü buraxıb başqa partiyaya birləşməyi təklif etmək siyasi etika baxımından düzgün olmazdı" Qurbanlı əlavə edib. Qurbanlı bildirib ki, partiyaların yaranması, fəaliyyəti, onların birləşməsi, özünü buraxması və başqa partiyaların tərkibinə qatılması təbii siyasi prosesdir və bu prosesi kimsə qanunla süni surətdə həyata keçirə bilməz. "Azərbaycan hüquqi demokratik dövlətdir və burada hüququn aliliyi var. Ona görə də Azərbaycanda siyasi partiyaların fəaliyyəti qanun ilə tənzimlənir. Zaman-zaman partiyaların bloklarda təmərküzləşdirilməsi prosesini görürük. Azərbaycanda bu gedişat daha təkmil və daha böyük siyasi infrastruktura malik partiyaların yaranmasnı və böyük siyasi partiyalar arasında siyasi mübarizənin getməsini proqnozlaşdırmağa əsas verir" Qurbanlı əlavə edib. Geri qayıt |