Əsas Səhifə > Gündəm, Manşet > NÖVBƏTİ ƏFV FƏRMANININ TARİXİ BƏLLİ OLDU

NÖVBƏTİ ƏFV FƏRMANININ TARİXİ BƏLLİ OLDU


11-09-2013, 12:18
NÖVBƏTİ ƏFV FƏRMANININ TARİXİ BƏLLİ OLDU
FƏRHAD VƏ RAFİQ ƏLİYEV QARDAŞLARI ƏLLƏRİNDƏ OLANDAN VAZ KEÇİBLƏR

DİA.AZ: - Xatırladaq ki, bir neçə gün əvvəl 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin gözlənilən əfv fərmanı ilə azadlığa çıxacaqları haqda xəbərlər yayıldı. Və bu zaman Fərhad Əliyevin həbsxanadan «İlham Əliyevi dəstəkləyirəm» şəklində ismarıc yollaması, neçə illər onun hüquqlarının müdafiəsilə məşğul olan Cəmil Həsənlidən imtina etməsi faktlarının burada müstəsna rol oynadığı xüsusi olaraq vurğulandı.

DİA.AZ-a bu barədə danışan bilgili qaynaq iddia edir ki, Fərhad və Rafiq Əliyev qardaşlarının azadlığa buraxılacağı haqda deyilənlər həqiqətdir. Mənbə iddia edir ki, artıq özlərinə aid bütün şirkətləri, obyektləri hakimiyyətin məsləhət bildiyi şəxslərə güzəştə gedən Əliyev qardaşlarına azadlıqlarının müqabilində hər hansı ictimai-siyasi xarakterli fəaliyyətin göstərilməsi də qadağan edilib.

Mənbənin söylədikləri: «Məlumdur ki, Fərhad Əliyev əlindəki bütün iqtisadi rıçaqları güzəştə gedib. Hətta ona aid şirkətlərin birinin hərracda simvolik olaraq 2 manata satılması faktı da mövcuddur. Təbii ki, Fərhad Əliyev bütün imtiyazları, imkanları bu hakimiyyətin dövründə, bu hakimiyyətin hesabına əldə etmişdi. Odur ki, onun topladıqlarının azadlığına dəyişməsi bir növ «heç heçə» anlamına da gələ bilər».

Mənbəmizə görə, əfv fərmanının verilməsi isə prezident seçkilərindən sonraya təsadüf edəcək: «Prezident seçkilərinə qədər elə bir əlamətdar hadisə yoxdur. Yalnız 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü ərəfəsində bu addım atılacaq»+

Geri qayıt