Əsas Səhifə > Partiya > “BİNAYA POLİSLƏR TƏRƏFİNDƏN HÜCUM OLUNUB”

“BİNAYA POLİSLƏR TƏRƏFİNDƏN HÜCUM OLUNUB”


14-01-2012, 11:54
“BİNAYA POLİSLƏR TƏRƏFİNDƏN HÜCUM OLUNUB”

RAYONA JURNALİSTLƏR EZAM EDİLİB

AXCP Sabirad rayon şöbəsinin üzvləri həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə, xəbər Facebook-da yayılıb.

Baş verən insidentlə bağlı məlumat verən AXCP sədrinin təşkilati işlər üzrə müavini Asəf Quliyev bildirdi ki, bu, Sabirabadda keçiriləcək müşavirənin qarşısını almaq сəhdləridir: “Binaya polislər tərəfindən hücum olunub və iki üzvümüz həbs edilib. Müşavirədə iştirak etmək üçün AXCP-nin sədir müavini Fuad Qəhramanlı və “Azadlıq” qəzetinin əməkdaşı Natıq Ədilov yola düşüblər. Sabirabadda çatan kimi onlar tutulan şəxslər haqqında məlumat verəcəklər”

Xatırladaq ki, AXCP Sabirabad rayonunda bu gün zona müşavirəsi keçirmək planlaşdırıb.


Geri qayıt