Əsas Səhifə > Hadisə > BÜDCƏDƏN OĞURLANAN 3 MİLYON DOLLAR GERİ QAYTARILIB
BÜDCƏDƏN OĞURLANAN 3 MİLYON DOLLAR GERİ QAYTARILIB14-01-2012, 11:12 |
GÖMRÜK KOMİTƏSİNİN ŞOK HESABATI Son beş ildə hüquqpozma faktları üzrə milyon manatlarla dəyəri olan qaçaqmalçılıq əşyaları, o cümlədən 1 984 630 ABŞ dolları, 26 269 637 rus rublu, 213 100 avronun gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılmasının qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib. Məlumatı DGK-nin rəsmi saytı yayıb. Muradlı deyib ki, son beş ildə 6 ədəd odlu silah, 43 kq 515 qram civə, 6898 mobil telefon, 163 kq balıq kürüsu, 10 606 243 ədəd siqaret, 524 litr spirt, 48 504 ədəd spirtli içki və külli miqdarda digər mallar tutulub, inzibati xəta törətmiş şəxslərə qarşı 6 434 650 manat cərimə tətbiq edilib, onlardan götürülmüş 1 525 677 manat dəyərində mallar müsadirə edilib, dəyəri milyon manatlarla ölçülən gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılmasının qarşısı alınıb. 2007-2011-ci illər ərzində gömrük orqanları tərəfindən 1020-si cinayət xarakterli olmaqla 47621 hüquqpozma faktı aşkar edilib, həmin faktlar üzrə təhqiqat və istintaqın aparılması və təqsirkarların müvafiq məsuliyyətə cəlb olunması təmin olunub. Geri qayıt |