Əsas Səhifə > Cəmiyyət > NEMƏT PƏNAHLI ATASININ YASINDA İŞTİRAK EDƏCƏK

NEMƏT PƏNAHLI ATASININ YASINDA İŞTİRAK EDƏCƏK


14-01-2012, 11:06
NEMƏT PƏNAHLI ATASININ YASINDA İŞTİRAK EDƏCƏK

ARTIQ BUNUNLA BAĞLI MÜRACİƏT EDİLİB

Milli Dövlətçilik Partiyasının (AMDP) həbsdə olan sədri Nemət Pənahlının atası vəfat edib. Bu barədə APA-ya N. Pənahlının qardaşı oğlu Pənah Pənahlı məlumat verib. Onun sözlərinə görə, 82 yaşlı Əhəd Pənahov ötən gecə ürək tutmasından dünyasını dəyişib. Mərhum bu gün Ramana qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

P. Pənahlı həmçinin bildirib ki, ailəsi N. Pənahlının dəfn mərasimində iştirakını arzu edir. N. Pənahlının atasının dəfnində iştirak etməsi üçün prezident İlham Əliyevə və Ədliyyə Nazirliyinə müraciət olunub. Onun yas mərasiminə buraxılıb-buraxılmayacağı barədə isə hələlik heç bir məlumat yoxdur.


Xatırladaq ki, Nemət Pənahlı və onun dostu Ceyhun Fərzullayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs ediliblər. Nəsimi rayon Məhkəməsinin qərarı ilə AMDP sədri Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt