Əsas Səhifə > Cəmiyyət, Manşet > RAMİZ MEHDİYEV «CATEL»İ SATIN ALIB

RAMİZ MEHDİYEV «CATEL»İ SATIN ALIB


13-01-2012, 17:45
RAMİZ MEHDİYEV «CATEL»İ SATIN ALIB

PA RƏHBƏRİ RABİTƏ SFERASINA DA NÜFUZ ETMƏYƏ HAZIRLAŞIR

DİA.AZ: - Bir neçə müddət əvvəl öz fəaliyyətini dayandıran “CATEL” şirkətinin fəaliyyətinin qısa müddətdə bərpası prosesinə dövlət operatorlarının da qoşulduğu məlum oldu. Bu barədə yayılan xəbərə görə, hazırda BTRİB və “Aztelekom”la, eləcə də “Azerfon” mobil operatoru ilə “CATEL”in fəaliyyətinin qısa müddətdə bərpası üçün aparılan danışıqlar davam edir. Məlumatda deyilirdi ki, bu sahədə işlər daha da intensivləşib ki, problem tezliklə aradan qaldırılsın.

Qeyd edək ki, Azərbaycanın ilk CDMA operatoru “CATEL” şirkəti “Caspian American Telecom LLC” adı altında 1997-ci ildə ABŞ-ın “Omni Communications” konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərib. “CATEL”in bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib. Bu ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.

Qeyri-rəsmi məlumatlarda isə bildirilirdi ki, «CATEL» şirkəti Milli Təhlükəsizlik Nazirinin sabiq müavini Əli Nağıyevə məxsusdur. «CATEL»in fəaliyyətinin durdurulmasının hazırda korrupsiyaya qarşı mübarizə idarəsində rəis müavini vəzifəsini tutan Əli Nağıyevin MTN-dən uzaqlaşdırıldığı ərəfəyə təsadüf etməsi də deyilənləri inandırıcı etdi.

Bu barədə redaksiyamıza məlumat verən mötəbər mənbə isə bildirir ki, artıq «CATEL»in fəaliyyətini yenidən bərpa etməsi mümkünsüzdür. Bu barədə mötəbər qaynağın «Dünya» İnformasiya Agentliyinə (dia.az) söylədikləri: «Çünki qərara görə «CATEL»in bazasında yeni şirkətin yaradılması planlaşdırılır. Və demək olar ki, şirkət tamamilə əl dəyişdirir».

Bəzi qaynaqlar isə yeni yaradılan şirkətə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərdən birinin rəhbərlik edəcəyini bildirir: «Rabitə naziri də «iş gedir» deyəndə məhz bu məqamı qəsd edib». Mənbə onu da bildirdi ki, bununla bağlı hətta «CATEL»in köhnə sahibindən xeyir-dua da alınıb.


Geri qayıt