Əsas Səhifə > Partiya > NAXÇIVAN CƏBHƏÇİSİNƏ İŞGƏNCƏ VERİLİB
NAXÇIVAN CƏBHƏÇİSİNƏ İŞGƏNCƏ VERİLİB13-01-2012, 17:33 |
HALBUKİ OMBUDSMAN İŞGƏNCƏ FAKTINI İNKAR EDƏN AÇIQLAMA YAYIB Naxçıvanın siyasi fəallarından Zeynal Bağırzadə təcridxanada saxlandığı ilk günlərdə ciddi fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib. Bu haqda Turanın bölgə müxbiri müttəhimin yaxınlarına isnadən bildirib. Belə ki, dindirilmək üçün yanvarın 13-də Naxçıvan prokurorluğuna gətirilən Z.Bağırzadə yaxınlarına təcridxanada saxlandığı ilk 3 gün, yəni 2011-ci il dekabrın 26-dan 28-nə kimi ciddi fiziki və psixoloji təzyiqlərə məruz qaldığını söyləyib. Halbuki, Naxçıvan ombudsmanı yaydığı bəyanatla Z.Bağırzadənin fiziki işgəncələrə məruz qalmasını inkar edirdi. Z.Bağırzadənin yaxınları müttəhimin ürəyində, mədəsində, öd kisəsində və prostat vəzi nahiyəsində ciddi problemlər yarandığını deyiblər. Bədənin sol hissəsi, demək olar ki, iflic hala gəlib, az müddətdə ciddi şəkildə arıqlayıb. Təcridxanada Z.Bağırzadəyə verilən işgəncələr haqda susması xəbərdarlığı edib. Z.Bağırzadə dövlət vəkilindən imtina edib, bu gün də prokurorluqda vəkilsiz dindirilir. Yanvarın 16-dan etibarən vəkil Əsabəli Mustafayevin Naxçıvana gələrək Z.Bağırzadənin müdafiəsini öz üzərinə götürəcəyi gözlənilir. Bu məsələdə maraqlı cəhətlərdən biri budur ki, 2011-ci il dekabrın 30-da Z.Bağırzadə ilə bağlı Naxçıvan apellyasiya məhkəməsi qərar çıxarıb. Amma həmin qərarın nədən ibarət olması haqda müttəhimə və ya yaxınlarına hər-hansı informasiya verilməyib. Z.Bağırzadə siyasi fəaliyyətilə bağlı 2011-ci il dekabrın 26-da həbsə alınıb. Ona qarşı Naxçıvan prokurorluğu vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, saxta sənədlərdən istifadə etmə və dələduzluq maddələrilə cinayət işi başlayıb. Geri qayıt |