Əsas Səhifə > Gündəm, Manşet > BAKIDA QEYRİ-ADİ TOY QALMAQALI HEYRƏT YARATDI

BAKIDA QEYRİ-ADİ TOY QALMAQALI HEYRƏT YARATDI


7-09-2013, 11:02
BAKIDA QEYRİ-ADİ TOY QALMAQALI HEYRƏT YARATDI
TOY SAHİBİ TORTUN VƏ DONDURMANIN MÜQABİLİNDƏ 400 MANATI KƏSDİ

DİA.AZ: - Bakıda şadlıq evi ilə toy sahibi arasında qalmaqal baş verib və bu gün da davam etməkdədir. Bu barədə DİA.AZ-a edilən müraciətlərdən aydın olur ki, Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində yerləşən «Mətin» şadlıq sarayı müştərilərini aldatmaqla məşğuldur və nəhayətdə şadlıq sarayının bu davranışlarına etiraz edən tapılıb.

Məlumata görə, Bakı şəhər sakini Elşad Hüseynov 25 avqust tarixində «Mətin» şadlıq sarayında övladına keçirilən toy zamanı əməlli-başlı heyrətlənib. Çünki həm menyüdə əskiklik olub və həm də toyun sonunda gələn qonaqlara tort və dondurma verilməyib. Bundan əlavə, gəlin maşını vədinə də şadlıq evinin rəhbərliyi tərəfindən xilaf çıxılıb ki, bu da toy sahibinin əsəblərini tarıma çəkib və o da vəd etdiyi puldan 400 manat kəsib.

Amma buna qarşı adekvat tədbir görən «Mətin» şadlıq sarayının rəhbərliyi toy sahibini disklə şantaj etməkdədir. Yəni toyun videoçəkilişini özlərində saxlayaraq, toy saşhibinə vermirlər. Bunun müqabilində isə Elşad Hüseynov çarəsiz durumda olduğunu bildirir: «Əgər «Mətin» şadlıq sarayı diskləri verməzsə, o zaman mətbuat konfransı keçirib, bu şadlıq sarayı ilə bağlı biabırçı faktları açıqlayacam».

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt