Əsas Səhifə > Cəmiyyət > BAKIDA HEYKƏLLƏRİN YERİNİ DƏYİŞİRLƏR

BAKIDA HEYKƏLLƏRİN YERİNİ DƏYİŞİRLƏR


13-01-2012, 15:58
BAKIDA HEYKƏLLƏRİN YERİNİ DƏYİŞİRLƏR

MEMARLAR NARAZIDIRLAR…

Bakıda abidələrin yerinin dəyişdirilməsi və dağıdılması sanki bir ənənəyə çevrilib. Keçmiş kommunist liderlərin heykəllərinin götürülməsini anlayışla qarşılamaq olar, amma Əzim Əzimzadənin, Əliağa Vahidin abidələrinin yerinin dəyişdirilməsinə isə birməmalı yanaşma yoxdur.

Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən 1941-1945-ci il müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidəsinin sökülərək orada fəvvarə inşasına da etiraz edənlər var.

Tanınmış memar Cəfər Qiyasi Modern.az saytına açıqlamasında deyib ki, heykəllərin yerini dəyişmək olar, ancaq bunun üçün əvvəlcədən müzakirələr aparılmalı və mütəxəssislərin rəyi öyrənilməlidir.

C.Qiyasi Əzim Əzimzadənin heykəlinin İcərişəhərə köçürülməsiylı razılaşmır. Onun sözlərinə fikirinə görə, İcərişəhər orta əsr müsəlman şəhəri olduğuna görə, burada heykəllər bir qədər az olmalıdır.
“Əzim Əzimzadənin heykəli görkəmli heykəltaraş Ömər Eldarovun kifayət qədər maraqlı əsəri idi. Bu abidəyə maraqlı yer seçmişdilər. Amma nədənsə son vaxtlar onu İçərişəhərə köçürdülər. Oranın mühiti elədir ki, bacardıqca ora az heykəl qoyulmalıdır”.

C.Qiyasi deyir ki, belə getsə, İcərişəhəri heykəllərlə dolduracaqlar. Bu isə İcərişəhərin şəhərsalma mühitinə böyük ziyan vura bilər.

Müsahibimiz düşünür ki, hər hansı abidənin yerini dəyişən zaman memarlarla müzakirə aparılmalıdır. Onun sözlərinə görə, mütəxəsislərin rəyi öyrənildikdən və xüsusi qərar qəbul edildikdən sonra abidənin yerini dəyişmək məqsədəuyğundur.

Bakının keçmiş baş memar Elbəy Qasımzadə isə deyib ki, bu məsələlər Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətləri çərcivəsində həyata keçirildiyindən o, hər hansı fikir səsləndirə bilməz.


Geri qayıt