Əsas Səhifə > Hadisə > CƏLİLABADDA ŞOK HADİSƏ: NAZİRLİYİN ƏMƏKDAŞINA GÜLLƏ ATILDI

CƏLİLABADDA ŞOK HADİSƏ: NAZİRLİYİN ƏMƏKDAŞINA GÜLLƏ ATILDI


13-01-2012, 15:38
CƏLİLABADDA ŞOK HADİSƏ: NAZİRLİYİN ƏMƏKDAŞINA GÜLLƏ ATILDI

ETSN ƏMƏKDAŞLARI ÖLÜMLƏ ÜZ-ÜZƏ QALIB

Ötən gün axşam “Zəvvar” ovçuluq təsərrüfatında silahlı insident baş verib. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti yayıb.

Saat 23:00 radələrində Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən “Zəvvar” ovçuluq təsərrüfatında qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb və müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb. Bu zaman brakonyerlərdən biri gizlətdiyi yerdən tüfəngini çıxararaq nazirliyin əməkdaşlarına atəş açıb. Lakin xəsarət alan olmayıb. Sonra həmin şəxs əməkdaşlardan birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 ədəd tüfəngi maşının yük yerindən götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Məlumatda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları ov etməkdən imtina etməyə çağırır.

Qeyd edək ki, 7 ildir ki, “quş qripi” təhlükəsi ilə əlaqədar Azərbaycanda su quşlarının ovlanması qadağan edilib. Bu, minlərlə ovçunun ciddi narazılığına səbəb olur. Belə ki, qonşu ölkələrdə və Xəzərdə ova icazə verilib.

Belə vəziyyət qanunsuz ova yol açır və ölkə bazarlarında qanunsuz ovlanmış quş ətini asanlıqla almaq olar. Bununla yanaşı Azərbaycanda “quş qripi”ndən ölən yoxdur.


Geri qayıt