Əsas Səhifə > Siyasət, Manşet > RAUF ARİFOĞLU HACI İBRAHİMDƏN ÇƏKİNİRMİ?
RAUF ARİFOĞLU HACI İBRAHİMDƏN ÇƏKİNİRMİ?6-09-2013, 11:40 |
QAZAXDAN OLAN SAHİBKAR «YENİ MÜSAVAT» RƏHBƏRİNƏ MÜRACİƏT ETDİ DİA.AZ: - Məlum olduğu kimi, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «Azadlıq» qəzetinə qarşı ağır ittihamlarla dolu, ağır ifadələrin yer aldığı bir münasibət açıqlayıb. Həmin münasibəti DİA.AZ olaraq yenidən diqqətinizə təqdim edirik: ""Azadlıq" qəzeti bir cümləlik fikrimi konteksdən çıxarıb, 6 nəfər Milli Şura üzvündən buna münasibət alıb, adımı iki yerdə başlığa çıxarıb, məndən bir cümlə də münasibət öyrənməyib, cavab haqqı tanımayıb. Həmkarlarımı şiddətlə qınayıram. Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazımaşam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yol başalayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşlığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur", deyə bilər, EL Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığl MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, EL liderlərindən biri "Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram" kimi bəyanat verə bilər; amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək", yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri töprədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər... Hazırda bütün münasibətlər seçkilərə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Biz onun yanında və dəstəyindəyik. Rəsul Quliyev yox! Biz Cəmil bəyə keyfiyyətli informasiaya dəstəyi veriri - EL hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - İlqar Məmmədovu dəstəkləyəcəyik. Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat gedir ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir... Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq "Azadlıq"a xas hərəkətdir". DİA.AZ bildirir ki, bu açıqlamaya artıq reaksiya verənlər var. Yox, reaksiya «Azadlıq» qəzeti redaksiyasından gəlməyib. Özünün «Facebook» səhifəsində neçə müddətdir ki, «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli ilə çəkişmədə olan və ondan yarım milyon manata yaxın fırıldaq yolu ilə alınmış pulunu tələb edən qazaxlı sahibkar Elşad Məmmədov Rauf Arifoğlunun «Azadlıq» qəzetinə qarşı fikirlərinə sərt reaksiya verib: ««Azadlıq» qəzeti haqqı deyir, o kimdi ki «Azadlıq» qəzetini «vurur»? Kiminsə sözünə görə… Mən Məmmədov Elşad şəxsn Rauf Arifoğluna 2 dəfə poçt vasitəsilə Hacı İbrahim Nehrəmlinin mənim 2 mənzilimi əlimdən alması barədə yazmışam, amma qəzetlərində verməyiblər. Ancaq Nehrəmlinin mənim barəmdə verdiyi açıqlamanı dərhal çap edib. Həm də mənim fikrimi öyrənməyiblər. «Yeni Müsavat» qəzetinin rəhbəri, ver mənim yazımı!!! Yoxsa Hacıdan cəkinirsiniz? Yaman reklam edirsiniz qardaşı nazir olan milyarder Hacı İbrahimi? Yetim haqqı yeyir bu adam! Sənədlər sizdədir… Əgər düzgünlükdən danışırsansa, ver yazını». Geri qayıt |