Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOVA QARŞI ÜSYAN

ZİYA MƏMMƏDOVA QARŞI ÜSYAN


13-01-2012, 15:12
ZİYA MƏMMƏDOVA QARŞI ÜSYAN

TAKSİ SÜRÜCÜLƏRİ MEYDANA ÇIXDILAR

Sərnişindaşıma sferasında gözlənilən islahatlar taksi sürücülərinin narahatlıq və narazılıına səbəb olub. Öz narazılıqlarını bildirmək üçün yüzlərlə taksi sürücüsü bu gün günortadan sonra "Neftçilər" metrostansiyasının yaxınlığında toplaşıblar.

Bu barədə musavat.com-a "Yeni Müsavat"ın sürücülrin dinc aksiyasını izləyən reportyorları xəbər veriblər.

Onların dediyinə görə, taksi sürücüləri gözlənilən islahatların, xüsusilə də "sovet maşınları" kimi tanınan avtomobillərlə vətəndaşlara taksi xidməti göstərməyin yasaqlanmasının minlərlə ailəni çörəksiz qoyacağından adi dolanışıq imkanından məhrum edəcəyindən əndişəlidirlər və buna etiraz edirlər.

Ayrı-ayrı sürücülə bu niyyəti sərnişindaşıma sahəsini inhisara almaq, ölkəyə gətirilmiş bahalı taksi maşınlarına əlverişli bazar tapmaq məqsədi daşıdığını bildiriblər. Sürücülər nəqliyyat sahəsinə rəhbərlik edənlərə qarşı etiraza qalxacaqlarını deyiblər.


Geri qayıt