Əsas Səhifə > Siyasət, Manşet > ƏFV FƏRMANININ İMZALANMASI NƏ VAXT BAŞ VERƏCƏK?

ƏFV FƏRMANININ İMZALANMASI NƏ VAXT BAŞ VERƏCƏK?


6-09-2013, 10:45
ƏFV FƏRMANININ İMZALANMASI NƏ VAXT BAŞ VERƏCƏK?
BU ƏFV FƏRMANINA QARŞI GEDƏNLƏR DƏ OLUB; AMMA QƏRAR ARTIQ VERİLİB

DİA.AZ: - Dünən məlum oldu ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı prezident İlham Əliyevə bağışlanmaları üçün ərizə ilə müraciət ediblər. Bildirək ki, bu məlumatı ilk olaraq ictimaiyyətə DİA.AZ portalı çatdırıb və redaksiyamıza bununla bağlı yeni informasiyalar daxil olub.

Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, İlham Əliyev prezident seçkiləri ərəfəsində növbəti əfv fərmanını imzalamağa hazırlaşır: «Bu fərmanla bir çox tanınmış məhbusların azadlığa buraxılmas gözlənilir. Diqqət etmisinizsə, əvvəlki əfv fərmanlarında, hətta amnistiya aktında belə bir çox tanınmış məhbus məhbəsdə qaldı. Amma bu dəfə rəsmi Bakı imzalanacaq əfv fərmanı ilə siyasi divident əldə etməyi qəsd edib».

Mənbə iddia edir ki, gözlənilən əfv fərmanının imzalanması sentyabr ayının sonlarına təsadüf edəcək: «Həm Fərhad və Rafiq Əliyev qardaşları, həmçinin daha bir neçə tanınmış məhbus azadlığa çıxa bilər. Onların arasında jurnalistlər də var».

Mənbəmiz bir maraqlı faktı da açıqladı: «Bu əfv fərmanının imzalanmasına qarşı gedənlər də olub. Yəni nüfuzlu məmurlardan biri belə bir qərarı uğurlu addım hesab etməyib. Amma birbaşa olaraq dövlət başçısının iradəsi ilə prosesə start verilib».

Geri qayıt