Əsas Səhifə > Hadisə > YENƏ DƏ "NAMƏLUM SƏBƏBLİ" GƏNC İNTİHAR
YENƏ DƏ "NAMƏLUM SƏBƏBLİ" GƏNC İNTİHAR6-09-2013, 10:08 |
Abşeron rayonunda 20 yaşlı qız intihar edib. Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 5-də saat 16:00 radələrində Abşeron rayonu, Fatmayi kəndində 1993-cü il təvəllüdlü Əliyeva Rüxsarə özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib. Hələlik 20 yaşlı qızın hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Geri qayıt |