Əsas Səhifə > Güney Press / Manşet > KƏBİRƏ MƏMMƏDOVA QƏPİK-QƏPİK MİLYONER OLUB
KƏBİRƏ MƏMMƏDOVA QƏPİK-QƏPİK MİLYONER OLUB5-09-2013, 16:50 |
![]() DİA.AZ: - Ölkənin ən böyük və eyni zamanda da ən gəlirli ticarət obyektlərindən biri olan “Binə” Ticarət Mərkəzi ətrafında qalmaqallar səngimək bilmir. Burada fəaliyyət göstərən sahibkarların mərkəzin rəhbərliyinə qarşı olan narazılıqları isə ketdikcə artmaqdadır. “Binə”də ticarətlə məşğul olan insanlar qazanclarının demək olar ki, hamısının əllərindən müxtəlif bəhanələrlə alındığından şikayət edirlər. Məsələn, DİA.AZ-a edilən müraciətlərdə bildirilir ki, bu gün hər dükandan ayda 3 manat işıq pulu yığılır. Həm də bu 3 manat bir işıq lampasına görə nəzərdə tutulub. Hər dükanda isə ən azı 8 işıq lampası var. Ən çoxunda isə 12-dir. Orta hesabla 10 lampa götürsək, bu, bir mağazadan 30 manat almaq deməkdir. Beləliklə, işlək 2000 dükandan aya 60 min manat pul əldə edilir. Sahibkarlar deyirlər ki, gün ərzində bir neçə dəfə işıq sönür. Bu isə əsl maxinasiyadır: “Hər bir dükana sayğac qoyulsa da, işıq pulunu bu minvalla alırlar. Sayğacı onlara göstərəndə ”ehtiyac yoxdur" cavabını verirlər. Işıq lampası aya ən yaxşı halda 70-80 qəpik yazır. Bazarda gündə işıq bir neçə dəfə və bir neçə saatlıq söndürüləndə bu, aya heç 50 qəpik də eləmir. Ancaq əlavə olaraq 2 manat 50 qəpik alırlar". Lakin nə narazılıqlar, nə də pul yığımları bununla bitmir. Bildirilir ki, hər dükan sahibindən kondisioner üçün 40 manat pul alırlar. Bəsit hesablama nəticəsində bu yığımdan da Kəbirə Məmmədovanın cibinə əlavə olaraq 80 min manatın girdiyini görmək olar. Kondisioner pulu verməmək mümkün deyil. Istifadə etməsən belə bu məbləği ödəməlisən. 40 manatı ödəməmək üçün kondisioneri sökməlisən. Yenidən quraşdıranda icazə üçün rəhbərliyə əlavə olaraq 300 manat verməlisən. DİA.AZ-a ötürülən məlumatlarda daha sonra bildirilir ki, hər bir dükandan 10 manat polis pulu yığılır, bu da 20 min manat deməkdir. Tum satan, araba sürən, çaynikdə dükanlara çay gətirən bir sözlə, əldə hər hansı əşyanı satan adam günə 1 manat pul ödəməlidir. Belə satıcıların sayı da yüzlərlədir. Orta hesabla 1000 satıcı götürsək bu, günə min manat, aya 30 min manat deməkdir. “Binə”də dükanların ərazisi 40, 50 və 60 kvadrat metrdir. 40-a görə 1050 manat, 50 üçün 1150 manat, 60-a sahiblənən isə 1250 manat yer haqqı ödəməlidir. 2000 dükanı orta hesabla 1150 manatdan götürsək, bu məbləğ 2 milyon 300 min manat edir. Sahibkarlar Kəbirə Məmmədovaya verdikləri yer haqqından əlavə dükanın sahibinə də icarə üçün pul ödəyirlər. Təbii ki, bütün bu sıxıntılar “Binə” Ticarət Mərkəzində çalışan insanların maddi durumunda öz əksini tapır. Bəlkə elə bu səbəbdən də sahibkarlar bir müddət əvvəl Kəbirə Məmmədovanın “vurulacağı” barədə yayılmış xəbərləri məmnunluq hissi ilə qarşılamışdılar. Lakin bu xəbərlər hələlik öz təsdiqini tapmadı. Digər tərəfdən isə bu məlumatların tam əsassız olduğunu da kimsə iddia etmədi. Məlum olduğu kimi Kəbirə Məmmədova bu gün Azərbaycanın özəl bizes sahəsində fəaliyyət göstərən simalar arasında heç də son cərgələrdə durmur. Bu isə o anlama gəlir ki, onun hazırda nəzarət etdiyi sahədə kifayət qədər davamlı fəaliyyəti müəyyən oliqarx-məmurlar tərəfindən dəstəklənir və himayə olunur. Digər tərəfdən isə uzun illərdən bəri tərəfdaşlıq edən şəxslərin arasında ciddi narazılıqların yaranmasına elə də nadir hallarda rast gəlinmir. Qeyd edək ki, mətbuat səhifələrində son vaxtlar mövzuya dair yayımlanan məlumatlarda belə bir səbəb kimi Kəbirə Məmmədovanın maliyyə hesabatı verməli olduğu, başqa sözlə desək əldə etdiyi gəlirləri bölüşməli olduğu himayədarlarına qarşı ikili oyun oynaması göstərilir. Təbii ki, yuxarı dairələrdən gəlirin gizlədilməsi “vurulmaq” üçün kifayət qədər ciddi əsas ola bilər. Geri qayıt |