Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVİN DAHA BİR RƏQİBİ VƏZİFƏYƏ GƏTİRİLİR

RAMİZ MEHDİYEVİN DAHA BİR RƏQİBİ VƏZİFƏYƏ GƏTİRİLİR


5-09-2013, 15:22
RAMİZ MEHDİYEVİN DAHA BİR RƏQİBİ VƏZİFƏYƏ GƏTİRİLİR
DİA.AZ: - Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Naziri Namiq Abbasova yeni vəzifə təklif oluna bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Bildirilir ki, keçmiş MTN şefi, hazırda Azərbaycanın Özbəkistandakı səlahiyyətli səfiri diplomatik postunu tutan Namiq Abbasov özünün xahişi ilə Bakıya vəzifəyə gətirilə bilər.

Mənbənin söylədiyinə görə, Namiq Abbasov Azərbaycan iqtidarının üst düzəyinə bu barədə istəyini çatdırıb: В«Keçmiş nazir Nazirlər Kabinetində və yaxud da Prezident Administrasiyasında vəzifəyə gətirilə bilər. Doğrudur, o, mürəciətində hansı vəzifəyə təyin olunmaq istədiyini çatdırmayıb. Amma ona belə bir təklifin edilməsi gözləniləndirВ».

Mənbəmiz iddia edir ki, Namiq Abbasovun prezident seçkilərindən sonra vəzifəyə gətirilməsi gözlənilir.

Qeyd edək ki, zamanında sabiq MTN şefi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hücumları fonunda mövqelərini itirmişdi. İndi isə kifayət qədər zəif düşən Mehdiyevin belə bir təyinatı önləməsi də imkansız görünür.

Geri qayıt